İngiltərədə mövsümün ən yaxşı məşqçisi

İngiltərədə mövsümün ən yaxşı məşqçisi
DÜNYA FUTBOLU 15 May 2019 / 01:37 3011
-  A +

İngiltərə Premyer Liqasında 2018-2019 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.

Qol.az çempionatın rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, azarkeşlər və futbol ekspertləri arasında keçirilən səsvermənin nəticələrinə əsasən, bu ada ötən mövsüm olduğu kimi, yenə "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola layiq görülüb. Ardıcıl 2-ci dəfə "şəhərlilər"i çempion edən ispan mütəxəssis "Liverpul"dan Yürgen Klopp, "Tottenhem"dən Maurisio Poçettino və "Vulverhempton"dan Nunu Eşpiritu Santunu geridə qoyub.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.

Son xəbərlər