Luçesku istefaya göndərildi

Luçesku istefaya göndərildi
DÜNYA FUTBOLU 11 Fevral 2019 / 16:37 3059
-  A +

Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku istefaya göndərilib.

Qol.az-ın "Hürriyət" qəzetinə istinadən yaydığı xəbərə görə, federasiya 74 yaşlı rumıniyalı mütəxəssisin bu ilin iyun ayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma yolu ilə xitam verib.

"Ay-ulduzlular"ın "Beşiktaş"ın çalışdırıcısı Şenol Günəşə tapışırılacağı bildirilir.

Qeyd edək ki, 2017-ci ildən Luçeskunun rəhbərliyi atlında çıxış edən milli 17 oyunun 4-də qalib gəlib, 6-da heç-heç edib, 7 görüşdə uduzub.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı