"Qəbələ"dən çəkinirik" - "Sent Etyen"in baş məşqçisi

"Qəbələ"dən çəkinirik" -  "Sent Etyen"in baş məşqçisi
GÜNDƏM 20 Oktyabr 2016 / 12:54 3218
-  A +

“Ötən il qrup mərhələsində “Dnepr”lə ardıcıl iki dəfə qarşılaşdıq. İndi isə eyni mənzərə “Qəbələ” ilə təkrar olunur. “Qəbələ” ilə oyunlar çox vacib olsa da, həlledici saymaq olmaz”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Sent Etyen”in baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib.

O, rəqib haqda ehtiyatlı danışıb: “Qəbələ” təsnifat mərhələsində “Maribor” və “Lill” kimi klubları mübarizədən kənarlaşdırıb. Bu cür komandaları üstələməyi bacarıbsa, deməli, ehtiyatlı olmalıyıq. Buna görə də “Qəbələ”dən çəkinirik. Bundan əlavə, rəqibin üzərində təzyiq də yoxdur”. 

Fransalı mütəxəssis hücum futboluna üstünlük verəcəklərini bildirib: “Dijon”la son oyunda qol vura bilmədik. Hücum xətti ilə bağlı bir az çatışmazlıqlar var. Bunu aradan qaldırmalıyıq. Ümid edirəm ki, “Qəbələ” ilə oyunda bu sarıdan problem olmayacaq. Çünki zədəli futbolçular da artıq komandaya qoşulublar”.

Qeyd edək ki, bu gün keçiriləcək "Sent Etyen" - "Qəbələ" oyunu saat 23:05-də başlayacaq.

Daha çox


Son xəbərlər