Əhməd Çakar: “Azərbaycanla oyunda problem yaşaya bilərik”

Əhməd Çakar: “Azərbaycanla oyunda problem yaşaya bilərik”
ÖLKƏ FUTBOLU 8 Fevral 2010 / 13:23 2390
-  A +

Yaxın keçmişdə Türkiyənin ən tanınmış hakimlərindən olan, hazırda şərhçilik edən Əhməd Çakar Avro-2012-nin seçmə mərhələsinin püşkatmasına münasibət bildirib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötənlərin məşhur referisi “ay-ulduzlular”ın qrup qalib ola biləcəyini istisna etmir: “Biz bu qrupda Almanyanın belə önündə yer ala bilərik. Birinci yeri tutmağımız heç də xəyal deyil. Qrupumuzun sonuncu səbətlərdən çıxan komandaları - Qazaxıstan və Azərbaycan qarşısında keçmişdə çox yaxşı nəticələr qazanmışıq. Amma bu da bir həqiqətdir ki, adını çəkdiyim komandalarla oyunlarda çətinliklərlə qarşılaşdığımız anlar da olub. Türkiyə millisi demək olar ki, həmişə bu cür rəqiblərlə oyunlarda problemlər qarşılaşır. Bu dəfə eyni halın təkrarlanmaması üçün daha diqqətli olmalıyıq”.

Daha çox


Son xəbərlər