Eminə borcu olduğuna görə sərt cəza aldılar

Eminə borcu olduğuna görə sərt cəza aldılar
GÜNDƏM 30 Avqust 2016 / 12:06 5576
-  A +

Rusiyanın "Mordoviya" klubu yeni futbolçuları qeydiyyatdan keçirmə hüququndan məhrum edilib.
 
Bu barədə Rusiya Futbol İttifaqının Mübahisəli Məsələlərin Həlli Palatasının iclasında qərar verilib.

Səbəb kimi klubun bir sıra oyunçulara ödənişlərdə borcunun olmasıdır. Onların arasında Anton Bober, Oleq Vlasov, Marko Lomiç və Dalibor Stevanoviçlə yanaşı, Azərbaycan millisinin yeni üzvü Emin Mahmudov da var.

Qadağa ilə yanaşı, "Mordoviya"ya məbləği açıqlanmayan cərimə də kəsilib. Klub futbolçular qarşısındakı öhdəliklərini yerinə yetirsə, qadağa götürülə bilər.
 
Qeyd edək ki, Emin Mahmudov müqavilə üzrə "Krılya Sovetov"a məxsus olduğu vaxt 2015-2016 mövsümündə "Mordoviya"da icarə əsasında forma geyinib. O, cari mövsümdən Portuqaliya "Boavişta"sında çıxış edir. FİFA avqustun 5-də Mahmudovun Azərbaycan millisində çıxış etməsinə icazə verib. Artıq 24 yaşlı yarımmüdafiəçi yığmanın düşərgəsindədir və San Marino ilə sentyabrın 4-də səfərdə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlaşır. "Mordoviya" isə ötən mövsümün yekunlarına əsasən, Rusiya Premyer Liqasını tərk edib və artıq I Divizionda mübarizə aparır ("Report").

Daha çox


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə