“Qarabağ” klubunun təsisçilərindən olan Adil Nadirov qardaşı oğlu Vüqar Nadirovun Rusiyanın heç bir klubunda oynamasına razılıq verməyəcəyini bildirib. Qol.Az-ın müxbiri ilə söhbətində A.Nadirov V.Nadirova hələ ötən yay Rusiya klublarından təklif gəldiyini söyləyib: «Vüqarın atası, mənim qardaşım Qarabağ müharibəsində şəhid olub. Mən buna görə Vüqarın Rusiyada çıxış etməsinə razılıq vermərəm. Bu, mümkün deyil. Vüqarın Türkiyə Superliqasında çıxış etməsini arzulayıram. Mən Vüqarla söhbətimdə deyirəm ki, sənin üçün ən yaxşı variant hələlik Türkiyə çempionatıdır. Bu il Vüqardan daha gözəl oyun gözləyirəm. Yəqin xəbəriniz var ki, Vüqar əməliyyat olunub. Onun ayağında ağrılar ola-ola keçən il o cür oyunlar oynadı. Hazırda əməliyyat olunub və ağrılardan qurtulub. İnşallah, o, bu il daha uğurlu çıxış edəcək”.
A.Nadirov Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubuna transferinə də münasibət bildirib. O deyib ki, Vaqifin “Tvente” kimi kluba keçidi alqışlanası bir haldır: “Belə transfer Azərbaycan futboluna hava və su kimi lazım idi. Qoy, bizim futbolçular xaricə gedib, öz futbol savadlarını artırsınlar. Vaqif yayda “Qarabağ”ın heyətində və milli komandamızda gözəl oyun sərgilədi. Nəhayət, bundan sonra xarici menecerlər bizim futbolçularla da maraqlanmağa başladılar”. Nadirov Cavadovun Hollandiyada uğurlu çıxış edəcəyinə inanır və bildirir ki, hollandlar Vaqifdə olan potensialı görərək onu transfer ediblər: “Vaqifin öz potensialını təmiz açması üçün “Tvente” kimi bir klubda futbol oynamasına ehtiyac var idi. Çox sevindirici haldır ki, bu baş verdi. Hollandlar Vaqifdə olan müsbət göstəriciləri görüb, cəld tərpənərək onu transfer etdilər. Mən inanıram ki, Vaqif qısa zamanda bütün potensialını açacaq”. “Vaqiflə bərabər daha hansı futbolçularımızı legioner həyatı yaşamağa layiq görürsünüz” sualını cavablandıran Nadirov deyib ki, daha çox Elvin Məmmədov və Vüqar Nadirov xaricdə oynamağa layiqdilər: “Rəşad Sadıqov isə rahatlıqla xaricdə çıxış edə bilər. Hazırda 6-7 oyunçumuz var ki, onların adlarını çəkə bilərəm. Demək ki, bizim futbolçularda potensial var. Amma o potensialı Azərbaycanda artırmaq mümkün deyil. Bunun üçün təcili xaricə çıxmaq lazımdır”.
"Latsio"da yeni müqavilə
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır
A seriyası klubu yeni baş məşqçisini açıqladı
Trampla əlaqələrinə görə İnfantino Konqresə çağırıla bilər
Flik futbolçularını istirahətə yolladı
Kompani “Bavariya”nın məşqlərinə qoşuldu
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
“Tottenhem” komandaya liderlik edəcək hücumçu axtarır
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
Neymar karyerasını nə vaxt bitirəcəyini açıqladı
"Yuventus" 3 mövqeyə transfer edəcək
Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular
Dizindən zədələnsə də, millidə qalır
Yeni müqavilə “Real”a baha başa gəldi
Fonsekanı o əvəzlədi
Azərbaycan millisinin heyətində dəyişiklik
Almaniya millisinə çağırıldı
26 milyon avroluq maaşdan imtina etdi
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
“Mançester Yunayted”ə "hə" dedi