İniyesta: "Fransa millisi "Barselona" kimi oynayır"

İniyesta: "Fransa millisi "Barselona" kimi oynayır"
GÜNDƏM 22 İyun 2012 / 02:18 3249
-  A +

İspaniya milli komandasının yarımmüdafiəçisi Andres İniyesta "Avro-2012"nin 1/4 final mərhələsində qarşılaşacaqları Fransa ilə görüş haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, "France Football"a danışan İniyesta Fransa millisinin "Barselona" klubu kimi oynadığını bildirib:

"Fransa millisi güclü komandadır. Bu komanda Loran Blanın rəhbərliyi altında bir qədər də bizim oyun üslubumuzda çıxış edirlər. Ancaq onların rəqib qapısı ağzındakı oyunu mənə "Barselona"nı xatırladır.
 
Yəni, Fransa millisi "Barselona" kimi oynayır. Rəqibin heyətində çox istedadlı futbolçular var. Bunlardan Yohan Kabayenin oyununu daha çox bəyənirəm. Sabahkı görüşdə hər iki komandanın yarımfinala yüksəlmək uğrunda sonadək mübarizə aparacağı şübhə doğurmur".

Qeyd edək ki, İspaniya - Fransa matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Daha çox


Son xəbərlər