"Çempionatın taleyi ilə bağlı müzakirələr hər zaman gedir. Vəziyyəti daim nəzarətdə saxlayırıq. Bilirik ki, Peşəkar Futbol Liqası müxtəlif variantlar üzərində işləyir. İstər-istəməz son qərar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən tənzimlənəcək. Onları qərarları vacib olduğu üçün gözləmə mövqeyindəyik".
Bu fikirləri AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan Premyer Liqasının taleyi ilə bağlı danışarkən deyib.
O, klubların yaranmış vəziyyətə görə çətin durumda olduğunu xatırladıb. Sadıqovun sözlərinə görə klublar da çıxış yolları tapmaq üçün cəhdlər edirlər: "İlk yoldaşlıq görüşləri onu göstərdi ki, oyunçular futbol üçün darıxıb, çox istəklidirlər. Ancaq oyundan-oyuna, məşqdən məşqə futbolçularımız sağlamlıqlarını risk altına qoyacaqlar. Pandemiyaya görə yaranmış vəziyyətdə hər bir futbolçunu qorumaq çox vacibdir. Bu səbəbdən, ona görə deyirəm ki, müzakirələr davam edir. Baxmayaraq ki, bu, yalnız bizdən asılı deyil, Operativ Qərargahın rəyləri çox vacibdir".
Vitse-prezident mövsümün vaxtından əvvəl ləğv olunma ehtimalına da münasibət bildirib: "Bu da variantlardan biridir. Mən elə-belə demədim ki, PFL müxtəlif variantları müzakirə edir. Bu da son variantlardan biridir. Bir şeyi yaddan çıxartmamalıyıq ki, məşqlərə start vermək və çempionata başlamaq qərarları AFFA, PFL və klublarla birgə qəbul edilib. Hesab edirəm ki, bu gün çempionatın ləğvinə ehtiyac varsa, ilk növbədə, bu qurumlar yenidən bir araya gəlib müzakirələr aparmalıdırlar. Ondan sonra görüşün nəticəsi AFFA İcraiyyə Komitəsinin üzvlərinə çatdırılmalıdır. Ondan sonra İK bunu müzakirə edə bilər. Klublar şənbə və bazar günlərini buraxmalı olur. Hazırlıq üçün çox az gündən istifadə edəcəklər. Bəlli deyil ki, çempionatın gedişatında hansı hadisələr baş verəcək. Bütün futbolumuzu böyük risk altında qoyuruqsa, hesab edirəm ki, bunu müzakirə etmək mümkündür".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həftəsonu qadağalar 6-7 iyun üçün tətbiq edilib və 14-15 iyunda da tətbiq ediləcək (Report).
“Sabah” səfər oyununa hazırlıqları davam etdirir - Şəkillər
Fabio Kannavaro Özbəkistan millisi ilə razılığa gəldi
“Neftçi” “Zirə” ilə matça tam heyətlə çıxacaq
“Şəfa” MOİK-ə 4 qolla qalib gəldi, “Səbail” xal itirdi
İngiltərə klubu hücumçusu ilə yeni müqavilə bağladı
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
AFFA prezidenti FİFA rəhbərinə təşəkkür etdi
Premyer Liqada 7-ci turun təyinatları açıqlandı
Bəhlul Mustafazadə: “Bundan artığı niyə də olmasın?”
Fransa millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
İlin ən yaxşı minifutbolçusu
Arteta, Qvardiola...
Almaniya millisinin heyəti açıqlandı
"Barselona"da yeni müqavilə olacaq
"Kopenhagen" Bakıda loqosuz forma ilə oynadı
2-ci liqada oyunların saatı bilindi
Tovuz stadionunda işlər yekunlaşmaq üzrədir - Video
Debüt matçında zədələndi, 1 il oynamayacaq
Finala ən ucuz biletin qiyməti 2030 dollardır
Xankəndidə III MDB Oyunlarına start verildi
Türkiyə klublarının avrokubok oyunları bu kanallarda
Dini bayrama görə Çempionlar Liqasında oynamadı
"Kəpəz"də baş məşqçinin köməkçiləri müəyyənləşdi
PSJ "Barselona"ya belə qalib gəldi - Video
Qurban Qurbanovdan Mourinyoya cavab
Addainin qolu həftənin ən yaxşısı adına namizəd oldu - Video
Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal qazandı
İki boksçumuz Avropa çempionatının 1/4 finalında
“Qarabağ” UEFA reytinqində irəliləyib
Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər
“Liverpul”dan öndəyik, bu, möcüzədir” - Tahir Gözel
Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artdı
O möhtəşəm qələbə - Video
PSJ "Barselona"ya, "Arsenal" "Olimpiakos"a qalib gəldi
“Qarabağ” hansı nəhəngləri geridə qoyur? - Turnir cədvəli
"Yatsam, yuxuma da girməzdi ki..." - Elvin Cəfərquliyev
“Avropadan mənə təklif haqda düşünmürəm” - Qurban Qurbanov
Prezident “Qarabağ”ı təbrik etdi
Oyunun ən yaxşısı Elvin oldu
"Qarabağ" dastan yazır! - 2:0