Bu gün 2020-ci ildə keçiriləcək Avropa çempionatının püşkü atılıb.
Qol.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil edilən tədbirdə 24 komanda 4 səbətə bölünüb. Qitə çempionatına seçmə mərhələdən vəsiqə qazananlar ilk üç səbətdə, Millətlər Liqası vasitəsilə iştirak hüququ qazanacaq komandalar isə dördüncüdə olub.
İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.
Püşkün nəticəsində A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milliləri mübarizə aparacaq.
A qrupu
Türkiyə, İtaliya (ev sahibi), Uels, İsveçrə
B qrupu
Danimarka (ev sahibi), Finlandiya, Belçika, Rusiya (ev sahibi)
C qrupu
Niderland, Ukrayna, Avstriya, D Liqasının qalibi
D qrupu
İngiltərə (ev sahibi), Xorvatiya, C Liqasının qalibi, Çexiya
E qrupu
İspaniya (ev sahibi), İsveç, Polşa, B Liqasının qalibi
F qrupu
A Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya (ev sahibi)
Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.
Deşam Bakıdakı qələbədən və “Qarabağ”dan danışdı
Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu
"Böyük klublarda oynamağı arzulayıram"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
"Millimizin nəticələrindən razıyıq"
"Barselona" "Qalatasaray"ın futbolçusunu transfer edə bilər
Portuqaliya Ronaldosuz ikinci dəfə tarixi nəticə əldə etdi
Deşam Azərbaycanla oyunda start heyəti tamam dəyişdi
Portuqaliya Ermənistanı darmadağın etdi - 9 qollu qələbə
Azərbaycan - Fransa oyununun heyətləri açıqlandı
Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı
“Mançester Yunayted” gənc portuqaliyalıya göz dikdi
“Barselona”nın gənc ulduzu Avropa klublarının hədəfində
Haaland Norveç millisindəki oyunundan danışdı
“Mən həmişə bütün oyunlarımı izləyirəm"
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
Advokat vacib oyun ərəfəsində millinin düşərgəsini tərk etdi