Azərbaycanla oyun üçün 50 minlik mükafat

Azərbaycanla oyun üçün 50 minlik mükafat
XƏBƏR 11 Noyabr 2019 / 16:40 4546
-  A +

Slovakiya Futbol Federasiyası Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycan milli komandalarına qarşı oyunlar üçün mükafat təyib edib.

Qol.az xəbər verir ki, bunu qurumun rəhbəri Yan Kovaçik yerli mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Slovakiya yığması Xorvatiyanı məğlub edəcəyi halda komandaya 200 min avro mükafat veriləcək. Azərbaycan millisi ilə görüşdə qələbənin mükafatı isə 50 min avrodur.

O, yığmanın Avro-2020-yə vəsiqə qazanacağı təqdirdə isə komandaya 3 milyon avrodan çox mükafat ödəniləcəyini bildirib.

Qeyd edək ki, Slovakiya millisi noyabrın 16-da səfərdə Xorvatiya, 19-da isə evdə yığmamızla qarşıaşacaq.

Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"