MLS-də mövsümün ən yaxşısı - İbrahimoviç ikincidir

MLS-də mövsümün ən yaxşısı -  İbrahimoviç ikincidir
DÜNYA FUTBOLU 6 Noyabr 2019 / 10:18 3431
-  A +

ABŞ-ın futbol çempionatı olan MLS-də mövsümün ən yaxşı oyunçusu məlum olub.

Qol.az xəbər verir ki, “Los Anceles”in futbolçusu Karlos Vela hamıdan çox səs toplayıb.

Meksikalı hücumçu  futbolçular və məşqçilər arasında keçirilən sorğuda 69,61 faiz səslə birinci olub.
“Los Anceles Qalaksi”nin hücumçusu Zlatan İbrahimoviç  14,11 faiz səslə 2-ci, “Atlanta Yunayted”dən Jozef Martines isə 6,97 faiz səslə 3-cü olub.

Qeyd edək ki, 38 qolla həm də mövsümün bombardiri olan Vela 2018-ci ilin yanvarından “Los Anceles”də çıxış edir.

Son xəbərlər