La Liqa klubunda yeni baş məşqçi

La Liqa klubunda yeni baş məşqçi
DÜNYA FUTBOLU 5 Noyabr 2019 / 18:50 2636
-  A +

İspaniyanın “Leqanes” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, La Liqa təmsilçisini  Xavyer Aqirreyə çalışdıracaq. Meksikalı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

"Leqanes" uğursuz çıxışlara görə ötən ay baş məşqçisi Maurisio Pelleqrinonu istefaya göndərmişdi. Komandanı isə müvəqqəti olaraq Luis Sembranos çalışdırırdı.

Qeyd edək ki, “Leqanes” hazırda La Liqada 5 xalla sonuncu – 20-ci sırada yer alıb


Son xəbərlər