“Qarabağ”ın futbolçusu Araz Abdullayev “avtoşluq” etdiyi videosunu İnstaqram hesabından paylaşıb. Burada məsələ nə onun bahalı maşınından, nə də sosial şəbəkələrdə nəsə paylaşmağından gedir. Əsas məsələyə gələk – yəni avtoxuliqanlığa. Videodan təxmin etmək çətin deyil ki, Araz bilərəkdən bu hərəkətini çəkdirir və bununla özünü reklam etdirir.
Amma daha da pisi başqadır. Araz Azərbaycan milli komandasının və ölkənin bu gün ən populyar klubu “Qarabağ”ın oyunçusudur, onu sevən və izləyən yüzlərlə gənc insan var. Araz son hərəkəti ilə bilərəkdən , ya bilməyərəkdən həmin izləyiciləri avtoxuliqanlığa təşviq edir, həm də başqa insanların həyatı ilə oynayır. Daha doğrusu, artıq oynayıb da. Bizim belə bir fikir var - insanın özünə etdiyini, el yığışsa edə bilməz. Amma bu məsələ tək onun özünü nüfuzdan salmağı ilə bitməyib, “sürət sevgisi”nin bədbəxt tarixi uzundur.
Çoxlarının yadındadır ki, Araz 2013-cü ildə, hələ 21 yaşında “Neftçi”də oynadığı vaxtlarda maşınla yüksək sürətlə hərəkət edərkən Nobel prospektində təmizlik işləri aparan iki süpürgəçi qadını vurmuş və onlardan biri ölmüş, digəri də ağır yaralanmışdı. Bütün gün yollarda alın təri ilə işləyib, evinə bir tikə çörək aparan o qadınların günahı nə idi? Taleyin acı hökmünə bax. Gənc yaşda yüzminlik maşınla kef edən, real həyatda sürətlə maşın sürməyi kompüter oyunu ilə səhv salan, pul və şöhrətdən başı havalanan futbolçunun maşının altında qalmaq!.. Dəhşətdir! Deyilənə görə, Arazın törətdiyi bu cinayəti “Neftçi”nin o vaxtkı rəhbərliyi ört-basdır edərək həbsə girməyinin qarşısını aldı. O vaxt Arazı günahlandırıb, belə fikirlər də səsləndirdilər ki, gəncdir, səhvini anlayıb, bir də avtoxuliqanlıq etməz. Amma belə görünür ki, xeyr, Arazın ağlı başına gəlməyib. Son paylaşımı bunu deməyə əsas verir.
Həmin hadisənin üzərindən 6 il keçib. İndi Arazın 27 yaşı var. Millidə oynayır, Avropada çıxış edib. Amma hələ də həyat təcrübəsi qazanmayıb. Dünən baş verənləri unudaraq yenə maşını yüksək sürətlə idarə edir. Görəsən, vicdanı sızlayırmı? Yəqin ki, yox!
2018-ci ildən “Qarabağ”ın heyətində çıxış edir. O “Qarabağ”da ki son illər davamlı uğurlu çıxışları yox, həm də formalaşdırdığı müsbət imici ilə tanınır. Amma bu imici Araz və onun kimiləri bilib-bilmədən zədələyirlər. Bir müddət əvvələdək Mahir Emreli elə həmin İnstaqramda azarkeşlərlə yersiz münaqişələr girirdi. Onun ipini tam yığıb, qurtarmadan indi Araz “fəallığa” başlayıb. Daha da pisi odur ki, Araz belə video paylaşır, Mahir Emreli isə həmin videonun altına alovlu smaylik ataraq Araza dəstək verir. Bütün bunlar isə ictimai rəydə “Qarabağ”ın futbolçularına qarşı haqlı qəzəb yaradır. Yenə yaxşı ki, komandanın kapitanı Rəşad Sadıqov Arazın səhv etdiyini görərək vaxtında qəzəbli smayliklə olsa belə, reaksiya verib. Amma buna təkcə etiraz smaylikləri ilə münasibət kifayət etmir, həm də sözlər, konkret addım da lazımdır.
Çünki “Qarabağ” kimi böyük xalq sevgisi qazanan komandanın imicini korlamağa, klubun rəhbərliyinin, məşqçi və futbolçularının illərdir çəkdiyi əziyyəti bir düşüncəsiz video ilə yerə vurmağa heç bir futbolçunun mənəvi haqqı yoxdur. Ümid edək ki, Araz özü də heç olmasa bu dəfə etdiyi məsuliyyətsizliyin fərqinə varar və medianın, azarkeşlərin diqqətini “avtoşluğu” ilə deyil, özünün yaxşı oyunu və qolları ilə cəlb edər...
Məftun RƏSULZADƏ
"Real"ın şikayəti rədd edildi
"Mingəçevir" "Cəbrayıl"a belə qalib gəldi - Video
“Qarabağ” UEFA reytinqində irəlilədi
4 qol vuruldu, "Mingəçevir" qalib gəldi
"Benfika" Mourinyo ilə danışıqlarda irəlilədi
“Mançester Siti" mənim yeganə seçimim idi”
2-ci liqada oyunların vaxtı açıqlandı
"Qalatasaray"da ciddi itki
AFFA-dan "Neftçi"yə rədd cavabı
Elxan Səmədovdan "Qarabağ"a təbrik
Azərbaycan kubokunun püşkü atıldı
Azərbaycan kubokunun finalı bu stadionda
Aleksander-Arnoldun durumu açıqlandı
Alleqri cəzalandırıldı
“Real” Çempionlar Liqasının tarixinə düşdü
Qol vurandan bir neçə dəqiqə sonra vəfat etdi
0:2 uduzarkən "Qarabağ"ın qələbə əmsalı 76 olub!
"Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına
Kamilo Duran: "Hesabda geri düşsək də, təslim olmadıq"
"Qarabağ" çox bir şey etmədi" - "Benfika"nın futbolçusu
Prezident “Qarabağ”ı təbrik etdi
Yankoviçin durumu necədir?
"Arsenal" "Atletik"ə belə qalib gəldi - Video
"Qarabağ"ın Lissabondakı möhtəşəm geridönüşü - Video
Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”
“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi
AFFA prezidentindən “Qarabağ”a təbrik
Qurban Qurbanovdan tarixi qələbəyə reaksiya
Lissabon qələbəsi Azərbaycanı UEFA reytinqində irəli apardı
"Real" və "Tottenhem"dən qələbə, "Atletik" uduzdu
Möhtəşəm qələbə “Qarabağ”ı neçənci yerə yüksəltdi?
“Qarabağ” “Benfika”nı diz çökdürdü
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı