Rəhim Həsənov Avropa çempionatında

Rəhim Həsənov Avropa çempionatında
ÖLKƏ FUTBOLU 2 Sentyabr 2019 / 10:24 3199
-  A +

FIFA referisi Rəhim Həsənov və FIFA referi köməkçisi Cəmil Quliyev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, hakimlərimiz sentyabrın 27-dən oktyabrın 3-dək İsveçdə keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər.

Bu qrupda İsveç, Danimarka, Litva və Farer adaları yığmaları mübarizə aparacaq.

Daha çox


Son xəbərlər