"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə cavab oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, hesabı açaraq, komandasını qələbəsinə töhvə verən xorvatiyalı futbolçu artıq ikinci təsnifat mərhələsindəki rəqibləri "Dundalk" barədə düşündüklərini söyləyib.
- Oyun haqda nə deyə bilərsiniz?
- "Partizani" bizə çətinliklər yaratdı. Yaxşı rəqiblə qarşılaşırdıq. Taktiki cəhətdən və müdafiədə çox yaxşı oynadılar.
- İlk hissədə qol vura bilməməyinizin səbəbi nə oldu?
- Əsas odur ki, lazım olan qolları ikinci hissədə vurub, qələbə qazanmağı bacardıq.
- Baş məşqçi Qurban Qurbanov fasilədə hansı tapşırıqları verdi?
- Bildirdi ki, sakit oynamaq lazımdır, hər şey yaxşı olacaq.
- Başla vurduğunuz qol "Qarabağ"ın mərhələ adlamasına kömək oldu...
- Uzun müddət idi başla qol vurmurdum (gülür). Ancaq ən önəmlisi qələbə qazanmaq idi. İndi II təsnifat mərhələsini gözləyirik.
- Növbəti mərhələdəki rəqibiniz İrlandiya "Dundalk"ı barədə məlumatınız varmı?
- Hələ ki, xeyr. Ancaq öyrənəcəyik. Yaxşı hazırlaşmaq lazımdır.
- "Partizani"nin II mərhələdəki rəqibdən güclü olduğunu düşünənlər var. Siz bu barədə hansı fikirdəsiniz?
- Bunu deyə bilmərəm. Hər mərhələdə çətin rəqib olur. Əsas bu matçlara yaxşı hazırlaşmaq və baxımlı oyun göstərməkdir.
- "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi real görünür?
- İndi bu barədə danışmaq üçün erkəndir. Oyun-oyun, mərhələ-mərhələ irəliləmək lazımdır. Sonrasını birlikdə görəcəyik.
- "Qəbələ"də olarkən "Dalğa Arena"da avrokubok matçına çıxmısınız. Bura sizin üçün necədir?
- Bəli, "Maribor"a qarşı burda oynamışam. Ancaq "Tofiq Bəhramov"da oynamağı sevirəm. Hələ ki, "Dalğa Arena"dayıq. Sonra necə olacaq, bilmirəm. Stadionla bağlı bir problemimiz yoxdur.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?