Amerika kubokunun bürünc medal uğrunda oyununda Argentina millisinin kapitanı Lionel Messiyə qırmızı vərəqə göstərən baş hakim Mario Dias de Vivar qərarının səbəbini açıqlayıb.
Qol.az-ın "Mundo Deportivo" nəşrinə istinadən yaydığı xəbərə görə, paraqvaylı referi Çili yığmasının yarımmüdafiəçisi Qari Medelin sinəsinə güclü zərbə vurduğu üçün Messini meydandan qovduğunu bildirib:
"Həmin epizodda argentinalıya qırmızı vərəqə göstərməkdən başqa çıxış yolum yox idi. Top meydandan çıxdıqdan sonra Messi rəqibinə qarşı kobudluq etdi. Medel isə Messiyə sərt reaksiya verdiyi və onu sinəsi, qolu ilə itələdiyi üçün cəzasını aldı".
Qeyd edək ki, oyunun 37-ci dəqiqədə Messi ikili mübarizə zamanı Medeli arxadan itələyib. Medel isə sinəsi ilə ona qarşılıq verib. Nəticədə hər iki futbolçu meydandan qovulub.
Onu da əlavə edək ki, 2:1 hesablı qələbə qazanan Argentina millisi bürünc medallara sahib çıxıb.
Deşam Bakıdakı qələbədən və “Qarabağ”dan danışdı
Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu
"Böyük klublarda oynamağı arzulayıram"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
"Millimizin nəticələrindən razıyıq"
"Barselona" "Qalatasaray"ın futbolçusunu transfer edə bilər
Portuqaliya Ronaldosuz ikinci dəfə tarixi nəticə əldə etdi
Deşam Azərbaycanla oyunda start heyəti tamam dəyişdi
Portuqaliya Ermənistanı darmadağın etdi - 9 qollu qələbə
Azərbaycan - Fransa oyununun heyətləri açıqlandı
Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı
“Mançester Yunayted” gənc portuqaliyalıya göz dikdi
“Barselona”nın gənc ulduzu Avropa klublarının hədəfində
Haaland Norveç millisindəki oyunundan danışdı
“Mən həmişə bütün oyunlarımı izləyirəm"
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
Advokat vacib oyun ərəfəsində millinin düşərgəsini tərk etdi