“Keşlə”nin müdafiəçisi Slavik Alxasov Qol.az-a müsahibə verib. Komandasının bu mövsümdəki bərbad çıxışının səbəblərindən danışan futbolçu paytaxt klubundakı gələcəyinə də toxunub.
- Son turun nəticəsindən asılı olmayaraq, mövsümü axırıncı sırada başa vuracaqsınız. Autsayder olmağınız futbolçulara necə təsir edir?
- Bəli, təəssüf ki, mövsümü sonuncu yerdə bitirdik. Belə olmağını istəməzdik. Əlbəttə ki, bu, bütün futbolçulara pis təsir edir.
- Mövsüm niyə "Keşlə" üçün belə uğursuz alındı?
- Açığı, niyə belə olduğunu, niyə sonuncu yeri tutduğumuzu bilmirəm. Amma əgər komanda autsayderdirsə, bu, uğursuzluqdur.
- Səncə, əsas günahkar kimdir?
- Artıq gecdir. İndi günahkar axtarmağın vaxtı deyil. Bu gün turnir cədvəlində sonuncuyuqsa, bunda hamının günahı var. Nə etmək olar. Həyat davam edir. İrəliyə baxmaq lazımdır.
- Reqlamentə görə, “Keşlə” Premyer Liqanı tərk etməlidir. Maraqlıdır, klubun daxilində bu barədə nə danışılır?
- Hələ heç bir söhbət yoxdur, sakitçilikdir. Amma vəziyyət yaxşı deyil. Biz də gözləyirik ki, komanda qalacaq, ya aşağı dəstəyə düşəcək. Təbii ki, özümüzə qalsa, Premyer Liqanı tərk etmək istəməzdik.
- Komandanın mövsümü son pillədə başa vurması, heç şübhəsiz, Zaur Axundovun da narazılığına səbəb olub. Mətbuata müsahibəsində deyib ki, heyətlə bağlı ciddi islahatlar olacaq...
- Sonuncu olduğumuza görə Zaur müəllim bizə öz iradlarını bildirdi. Ciddi dəyişikliklərin olması normaldır. Hər bir futbolçu gedə bilər.
- Mövsümün sonunda sənin də “Keşlə”dən ayrılacağınla bağlı xəbərlər dolaşır. Təkliflərin var?
- Mənim “Keşlə” ilə müqaviləm var. Hələ ki, komandadayam, gözləyirəm. Təkliflər var, amma konkret deyil. Mən də saytlardan oxuyuram.
Elnur SALAHOV
Çempionlar Liqası: “Qalatasaray” və “Ayaks” evdə uduzdu
“Napoli”- “Qarabağ” oyununun - Heyətləri
"Ən qısa zamanda komandaya qoşulmaq istəyirdim"
Məşhur futbolçunun evi qarət olundu
FİFA Ronaldonun cəzasını açıqladı
Zaur Axundov AFFA İK-dən getdi
AFFA Hakimlər Komitəsinin sədri dəyişdi
“Real” rəhbərliyi Xabi Alonso haqda nə düşünür?
"Qarabağ"ın U-19 komandası "Napoli"yə də uduzdu - Yenilənib
İngiltərə nəhəngləri almaniyalı gənc futbolçunu hədəfə aldı
“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi
Millimiz seçmə mərhələdə ilk oyununu keçirdi
Qallaher “Atletiko”dan gedə bilər
“Real”ın qapıçısı Çempionlar Liqası oyununu buraxacaq
AÇ: Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
2-ci liqada 2 oyuna 14 qol vuruldu
AFFA Hakimlər Komitəsinin sədri UEFA-dan təyinat aldı
“Çelsi”nin aparıcı futbolçusu məşqlərə qayıdıb
Azərbaycanda futbolçu açıqlamasına görə cəzalandı
AFFA-dan klublara cərimələr
Hidayət Heydərov bu yarışda iştirak edəcək
PSJ-nin yeni formaları - Şəkillər
Amorim: "Qorxuram"
"Barselona"nın liderləri qayıtdı
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
Mbappe mükafatlandırıldı
"Trabzonspor" kapitanını 5 aylıq itirdi
"Real"ın 3 ulduzu Xabidən narazıdır
"Qarabağ" və "Qalatasaray"ın oyunları bu kanallarda
"Qarabağ"ın U-19 komandası "Napoli" səfərində
“Başakşehir” - “Trabzonspor” matçında 7 qol - Video
“Traktor”dan növbəti qələbə - ÇL
"Napoli" ilə matçda maksimum gücümüzü ortaya qoyacağıq"