Milli komandamız və "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev Rusiya mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, yerli çempionatın son turunda "Zenit"lə matçda (2:4) qırmızı vərəqə aldığı epizodu şərh edən futbolçu Samara təmsilçisində qalıb-qalmayacağı məsələsinə də toxunub.
- Sizcə, "Zenit"ə məğlubiyyət ədalətli nəticə idi, yoxsa?...
- Biz oyunu ilk 30 dəqiqədə uduzduq. 0:3-dən sonra oyunu çevirmək çox çətindir. "Zenit" daha çox qol vura bilərdi. Amma məğlubiyyəti ədalətli saymıram. İki qol vurduq, hətta hesabı bərabərləşdirməm də olardır. Amma hər şey bizim lehimizə bitmədi. Artıq həmin oyunu unutmuşuq və qarşıdakı matça hazırlaşırıq.
- Oyunun qırılma nöqtəsi sizin meydandan qovulmağınız oldu. İlk epizodda nə baş verdi? Maqomed Ozdoyevlə nə danışırdınız?
- Sadəcə, emosiyalarımı cilovlaya bilmədim.
- Bəs ikinci epizod?
- Bu, mənim texniki səhvim idi. Topu özümdən bir az uzağa buraxdım və sona qədər mübarizə apardım.
- Miodraq Bojoviç də mətbuat konfransında "emosiya" sözünü işlətdi. Baş məşqçidən irad eşitdiniz?
- Xeyr. Komandanın əhvalı korlanmışdı. Heç kim mənə irad bildirmədi. Qarşıda hələ oyunun analizi var. Düşünürəm ki, orada bu epizodu müzakirə edəcəyik.
- Premyer Liqa klubunun heyətində yerinizi möhkəmlətmisiniz, mətbuatla yaxşı münasibətdəsiniz, Azərbaycan millisində qol vurursunuz. Gedişatdan razısınız?
- Mən belə deməzdim.
- Nəyə görə?
- Turnir cədvəlindəki mövqeyimiz çox pis təsir edir. Yaxşı oyunçulardan qurulmuş əla komandamız var. Bir sözlə, ən yaxşısını istəməyimiz üçün səbəb var. Təkrar edirəm, hazırda əsas məqsədimiz mövsümün sonunu yaxşı keçirib, azarkeşlərimizi sevindirməkdir. Özüm haqda isə onu deyə bilərəm ki, bu, hələ mənim zirvə nöqtəm deyil. Daha çoxuna nail olmaq üçün işləməliyəm.
- Etiraf edin, "Zenit"də oynamağa davam etsəydiniz, nələr ola bilərdi?
- Sankt-Peterburq mənim doğma şəhərim, "Zenit" isə doğma komandamdır. Ancaq geriyə baxmağın mənası yoxdur.
- Hər müsahibəmizdə sizə bu sualı verirəm. Bu gün yenə soruşuram. "Zenit"dən getdiyinizə və vətəndaşılığınızı dəyişdiyinizə görə təəssüflənmirsiniz?
- Onda da, indi də sizə eyni cavabı verirəm: xeyr, heç nəyə görə peşman deyiləm. Mən dəyərli təcrübə qazandım, hər şey yaxşıdır.
- Artıq Azərbaycan millisinin heyətində qol vurursunuz...
- Komanda qalib gələndə daha çox müsbət emosiya alıram. Ancaq vurduğum qol yığmaya qalibiyyət gətirməyəndə, buna sevinmirəm. Güclü qrupa düşmüşük. Macarlar Xorvatiyanı uddu. Biz də az qala dünya ikincisindən xal alacaqdıq. AÇ-2020-nin bir neçə oyununun Bakıda keçiriləcəyini unutmuruq. Ona görə də hər matçda qələbəyə oynamağa çalışırıq.
- Yayda "Krılya Sovetov"la müqaviləniz başa çatacaq. Gələcək planlarınızı müəyyənləşdirmisiniz?
- Açığı, bu haqda heç düşünmürəm. Bütün fikrimizi mövsümün sonunu yaxşı keçirməyə yönəltmişik. Çempionat başa çatdıqdan sonra bu məsələni həll edəcəyik.
- "Zenit"dən evə qayıtmaq təklifi alsanız, bu sizi sevindirərmi?
- Bəli.
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı
UEFA-nın rəsmi saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı