"Qarabağ"ın sabiq futbolçusu, ötən mövsüm icarə əsasında Ağdam klubunda çıxış etmiş Pedro Enrike Qol.az-a müsahibə verib. Hazırda müqavilə ilə məxsus olduğu PAOK-un formasını geyinən braziliyalı yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib.
- "Qarabağ" və "Astana"dan sonra PAOK-da da çempionluq yaşadınız. Əvvəlcə təəssüratlarınızı bilmək maraqlı olardı...
- Çox xoşbəxtəm. Çünki hərdən karyeranızda bir titul qazanmaq belə olduqca çətin olur. Mən isə 2 ildə 3 çempionluq qazandım. Təbii ki, buna görə sevinməliyəm.
- Sizin üçün 3 tituldan hansı daha vacib və xüsusidir?
- Düşünürəm ki, PAOK-la qazandığım titul daha vacibdir. Bu komanda uzun illərdir çempion ola bilmirdi. Bu, tək mən yox, bütün şəhər, yerli azarkeşlər üçün önəmli zəfərdir.
- "Qarabağ"la maraqlanır, oyunlarını izləyirsiniz?
- Əlbəttə, "Qarabağ"ı daim izləyirəm. Klubda yaxşı münasibətdə olduğum insanlar var. Həmçinin Riçardla çox yaxınam. Bilirsiniz ki, "Astana"da 6 ay bir yerdə oynamışıq. Onunla yaxşı dostluğumuz var.
- Riçard Almeyda qışda yenidən "Qarabağ"a qayıtdı. Danışanda sizə də Azərbaycana qayıtmağı təklif edirmi?
- (Gülür). Tez-tez əlaqə saxlasaq da, mənə bu barədə heç nə demir. Çünki o da PAOK-a olan sevgimi yaxşı bilir. Almeyda isə Bakını, "Qarabağ"ı çox sevir. Düşünürəm ki, hazırda ikimiz də aid olduğumuz yerdəyik.
- "Qarabağ" azarkeşləri sizi çox sevir. Niyə bu komandada qalmadınız? Özünüz istəmədiniz, yoxsa?..
- Əvvəlcə onu deyim ki, mən də "Qarabağ"ı, onun azarkeşlərini çox sevirəm. Orada olduğum müddətdə hər zaman onların dəstəyini hiss etmişəm. Hansı kluba icarəyə getsəm də, hər zaman PAOK-a qayıtmaq istəmişəm. Digər tərəfdən isə "Qarabağ"la müqaviləm başa çatdıqdan sonra komandada qalmağımla bağlı söhbət olmadı.
- Hələ Azərbaycanda oynadığınız vaxtlarda da PAOK-a qayıtmaq istədiyinizi deyirdiniz. Maraqlıdır, bu komandanı niyə bu qədər sevirsiniz?
- Çünki PAOK-u özümə daha doğma bilirəm. Burada özümü çox rahat və xoşbəxt hiss edirəm. Klubun prezidenti ilə əla münasibətim var. Şəhəri, azarkeşləri, bir sözlə, hər şeyi sevirəm. Ən əsası isə PAOK-u. Bu komanda ilə çempion olduğum üçün ikiqat sevincliyəm.
- "Qarabağ"ın oyunlarını izləyirsinizsə, yəqin, turnir cədvəlindəki mövqeyindən də xəbəriniz var...
- Hə, "Qarabağ"ın lider olduğunu bilirəm. "Neftçi" də bu mövsüm əla təsir bağışlayır. Son tura qədər işləri pis getmirdi. Ancaq düşünürəm ki, "Qarabağ" növbəti turda çempionluğun taleyini həll edəcək. Yenə də sona qədər mübarizə aparmaq lazımdır. Futbol səhvləri bağışlamır.
Elnur SALAHOV
Ağlasığmaz təklif
“Bu nəticə gözlənilməz oldu” - Saşa İliç
“Turan Tovuz” 3 xalı 3 qolla qazandı - Video
“Qarabağ” evdə, “Turan Tovuz” səfərdə qalib gəldi
“Qarabağ” “Kəpəz”i minimal hesabla məğlub etdi – 1:0 - Video
Maykl Olise üçün 100 milyon avroluq təklif
“3 xal önəmli idi” - Qurban Qurbanov
“Sumqayıt” - “Turan Tovuz”: Heyətlər
“Biz bilmirik, Yamal nə vaxt qayıdacaq”
Mixal Bilek: “Azərbaycan millisi çox müdafiə olunacaq”
UEFA-dan Asim Xudiyevə növbəti təyinat
AFFA U-21 millisinə baş məşqçi təyin etdi - Rəsmi
"Qarabağ" - "Kəpəz": Heyətlər
“Mançester Yunayted”dən Amorim qərarı
Mahir Emreli yenə heyətdən kənardadır
"Araz-Naxçıvan"ın futbolçusu Moldova millisində
Azərbaycan boksçusu Avropa çempionatının 1/4 finalında
Xavinin DÇ-2026 üçün favoritləri
"İnanıram ki, orada penalti var idi" - Brahim Konate
Amorim: "Hamı üçün əlçatmaz olan səviyyəyə yüksələcəyik"
Dünyanın 2-ci ən bahalı oyunçusu “Barselona”nın hədəfində
“Görsünlər ki, Azərbaycanda futbol da var, futbolçu da”
“Benfika”nın başı üzərini qara buludlar alıb - İndi də…
"Mançester Siti" onunla müqaviləni uzatdı
“Trabzonspor”dan darmadağın - Video
Rüfət Abdullazadə bir hissə oynadı
“Cəbrayıl” 3 xalı 4 qolla qazandı - Video
Azərbaycan medal sıralamasında gerilədi - III MDB Oyunları
“Barselona” Yamalsız qaldı
“Zirə” və “Neftçi”dən dramatik bərabərlik – 2:2 - VİDEO
Rəşad Sadıqov “Neftçi” ilə oyundan danışdı
“Hakim görünməyən VAR-dan penalti çıxardı” - Samir Abasov