Vaqif Cavadov “Tvente”nin əsas heyətində iki qol vurdu

Vaqif Cavadov “Tvente”nin əsas heyətində iki qol vurdu
ÖLKƏ FUTBOLU 26 İyun 2010 / 23:46 3888
-  A +

Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın “Tvente” klubu növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, 21 yaşlı hücumçumuz nəhayət ki, Hollandiya çempionunun əsas heyətində meydana çıxıb.

Zədəsi səbəbindən yanvarda yollandığı Enshede təmsilçisinin ehtiyat oyunçular skamyasında yarım il keçirən Cavadov komandasının “Hengelo” ilə görüşündə meydana çıxıb. Bu oyunda “Tvente” qol şousu göstərərək, 17:0 hesabı ilə qalib gəlib.

Özünü yeni baş məşqçi Mişel Pryudoma yaxşı tərəfdən göstərməyə çalışan futbolçumuz bu işin öhdəsindən layiqincə gəlib. Vaqif əsas heyətdəki ilk matçındaca qol hesabını açıb. O, 41-cə dəqiqədə komandasının beşinci, 52-ci dəqiqədə səkkizinci qolunu vurub. Bundan başqa Vaqif iki qolun ötürməsini verib. 

Cavadovla yanaşı, onun komanda yoldaşlarından Yanko 4, Duqlas, Bayrami, de Yonq, Reymerink hərəyə 2 qol vurublar. Leugers, Kastrati, Pennanen və Berqhuis isə Vaqif kimi elə bir dəfə fərqləniblər.

Qeyd edək ki, Vaqif kimi, Mark Yanko və Emil Bayrami də “Tvente”də ilk matçına çıxıblar. Lakin həmyerlimizdən fərqli, onlar yanvarda deyil, bu ay transfer olunublar

Daha çox


Son xəbərlər