Ergün Penbe: «Azərbaycan millisində rusların çox olması bizə qəribə gəlirdi»

Ergün Penbe: «Azərbaycan millisində rusların çox olması bizə qəribə gəlirdi»
ÖLKƏ FUTBOLU 22 Yanvar 2009 / 10:51 3322
-  A +

Türkiyənin məşhur futbol simalarından biri, «Qalatasaray»ın heyətində UEFA kubokunu və Avropa superkubokunu qazanan Ergün Penbenin müsahibəsi


- Türkiyə milli komandasının heyətində iki dəfə Azərbaycana gəlmisən. O günlərdən hansı xatirələr qalıb?
- Mən ilk dəfə ölkənizə 1999-cu ildə gəlmişdim. O zaman milli komandanızın çox zəif olduğunu və Bakıya gəlib sizi böyük hesabla məğlub edəcəyimizi düşünürdük. Ancaq burada tam əksini gördük. Həmin qarşılaşmada çox əziyyət çəkdik. Xatirimdədir ki, həmin oyun çox qalmaqallı keşmişdi...O vaxt millinizdə ruslar çox idi. Düzü, bu bir qədər bizə qəribə gəlmişdi. Ancaq indi bildiyim qədəri ilə yaxşı bir milli komanda formalaşıb.
- Müasir Azərbaycan futbolu haqqında hansı bilgilərin var?
- Azərbaycanda bir çox dostlarım var. "Qalatasaray»da birgə oynadığım Suat Usta , Ali Cansun, Levent Kartopla tez-tez əlaqə saxlayıram. Rasim Karanın komandası neçənci pillədədir?
- Rasim Kara artıq istefa verib. Hazırda Azərbaycanda deyil...
- Hə?.. bunu bilmirdim. Oqtay Dərəlioğlu onun komandasında oynayıb. O, mənə "Xəzər" də yaxşı bir qapıçının olduğunu da deyib.
- Səni Azərbaycanda nə vaxt görəcəyik?
- Mən indi "Hacettepe"də köməkçi məşqçi vəzifəsində çalışıram. Biz bu kluba birinci yarının ortalarında gəlmişik. Qarşımıza qoyulan əsas məqsəd superliqanın orta sıralarına qalxmaqdır. İnşallah, bu vəzifənin öhdəsindən gəlsək, Azərbaycandakı dostlarımızı da yad etməyə gələrik.

 

Müsahibə «Bakı» klubunun rəsmi saytından götürülüb

 

Daha çox


Son xəbərlər