Rəşad Sadıqov, Samir Abasov... - "Pro"nu alan məşqçilərimiz

Rəşad Sadıqov, Samir Abasov... - <b style="color:red">"Pro"nu alan məşqçilərimiz</b>
ÖLKƏ FUTBOLU 18 Dekabr 2018 / 10:18 2282
-  A +

AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və sertifikatlar təqdim olunub.

Qol.az xəbər verir ki, diplom və sertifikatlar AFFA-nın Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert və kursların təlimatçısı Aslan Kərimov tərəfindən təqdim edilib.

Rəşad Sadıqov, Samir Abasov, Mahmud Qurbanov, Elçin Rəhmanov,  Zaur Həşimov, Elşad Əhmədov, Ramin Quliyev və Siyasət Əsgərov Pro sertifikatını alıb.

Qeyd edək ki, Pro diplomu məşqçiyə xaric ölkə komandalarında çalışmaq hüququ verir.


























Səhifənin yuxarısına keçidYuxarı

 

Daha çox


Son xəbərlər
21.01.19  19:35

"Qəbələ" davam edir

21.01.19  11:09

Suares "TOP-5"də