"Kubokda mərhələ adlamaq əlavə stimuldur”. - Tərlan Əhmədov

"Kubokda mərhələ adlamaq əlavə stimuldur”. -  Tərlan Əhmədov
ÖLKƏ FUTBOLU 6 Dekabr 2018 / 19:40 2117
-  A +

“Bu gün birinci divizion klubu ilə üz-üzə gəlsək də, ilk hissədə çətinlik çəkirdik, qol vura bilmirdik. İkinci hissədə isə qollar vurmağı bacardıq və mərhələ adladıq”.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə,  bu sözləri “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1 /8 final mərhələsində “Şüvəlan”la keçirilən oyundan sonra deyib.

3:0 hesablı qələbəni şərh edən çalışdırıcı kubokunda mümkün qədər irəliləməyə çalışdıqlarını bildirib: “Aqil Nəbiyev “Şüvəlan”da yaxşı kollektiv qura bilib. Buna görə onu təbrik edirəm. Biz isə yolumuza davam edirik. Qarşıda bizi çətin çempionat oyunu gözləyir. Kubokda mərhələ adlamaq bizim üçün əlavə stimuldur”.

Daha çox


Son xəbərlər