Bu gün Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşları gözlənilmədən “Qarabağ” komandasının üzvlərindən dopinq test götürməyə gəliblər.
Klubun mətbuat xidmətindən Qol.az-a verilən xəbərə görə, onlar əvvəlcə komandanın məşq etdiyi Bakı Olimpiya Stadionuna gediblər. Daha sonra isə agentliyin nümayəndələri komandayla birgə “Qarabağ”ın Suraxanıdakı bazasına yollanıblar və bu dəqiqələrdə komandanın 7 üzvündən dopinq test götürürlər. Bunlar Ernesto Emeqara, Simeon Slavçev, Abdullah Zubir, Ansi Aqolli, Araz Abdullayev, Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynovdur.
Bildirilib ki, agentliyin dopinq test aparmaq hüququ olsa da, bu, UEFA-nın təlimatı ilə həyata keçirilməyib.
Qeyd edək ki, “Qarabağ” sabah Avropa Liqasında “Vorskla” ilə qarşılaşacaq. Bu səbəbdən agentliyin nümayəndələrinin indi yoxlama aparması komandanın istirahətini pozduğu bildirilib.
Yuxarı
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular