“Futbolçularımız meydanda var-gücünü ortaya qoyub qələbə qazandılar. “Sumqayıt”a 1:4 hesablı məğlubiyyətdən sonra oynamaq çətin idi. Ancaq xarakter göstərdik. Qələbə münasibətilə bütün komandanı təbrik edirəm”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın qapıçısı Saşa Stamenkoviç Topaz Premyer Liqanın 3-cü turunda “Zirə” üzərində səfər qələbəsindən (2:0) sonra jurnalistlərə açıqlamasında deyib. Serbiyalı qolkiper 4-cü turda qarşılaşacaqları “Qəbələ” haqda danışıb:
“Sumqayıt”la oyundan sonra niyə evdə 4 qol buraxmağımızı analiz etdik. “Zirə” ilə matç göstərdi ki, həmin gün bizim günümüz deyilmiş. Bizim hər oyunumuz finala bərabərdir. Komandada heç bir problem yoxdur. “Qəbələ” ilə görüşə gəlincə, inanmıram ki, güclü rəqiblərə qarşı hər hansı problem yaşayaq. Çoxdandır yaxşı kollektivlə oynamırdım. Bu futbolçularla eyni komandada olduğum üçün şadam. Xüsusilə Marko Deviçi təbrik etmək istəyirəm. 3 oyuna 4 qol vurub. Burada iddialı klublarda kifayət qədər yaxşı futbolçular oynayıb. Ancaq deyərdim ki, Azərbaycan hələ belə hücumçu görməyib”.
Stamenkoviç komandasının bu mövsümkü hədəflərini də aıqlayıb: “Bizim məqsədimiz yalnız Premyer Liqada iştirak etmək deyil. Gələcəyə baxırıq. Komandada kimin oynamağı elə də önəmli deyil. Hamımız hər oyuna 100 faiz hazır olmalıyıq”.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”