"İnter"in adının dəyişməsini istəməzdik" - Samir Zərgərov

"İnter"in adının dəyişməsini istəməzdik" -  Samir Zərgərov
GÜNDƏM 21 Oktyabr 2017 / 09:35 3143
-  A +

"İnter"in futbolçusu Samir Zərgərov Topaz Premyer Liqanın 9-cu turunda "Səbail"ə 0:1 hesablı uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib.

- Komandanız ardıcıl  3-cü dəfədir məğlub oldu. Nə deyə bilərsiniz?

- Komandanın  futbolçularının yarısı zədəli, yarısı xəstədir. Eyni heyətlə, 11-12 nəfərlə oynamaq çox çətindir.  Elə komandalar var ki, heyətlərində 23-24 futbolçu var. Bizdə bu baxımdan çox böyük problem mövcuddur.

- Hər məğlubiyyəti bu amilə bağlamaq nə dərəcədə doğrudur?

- Bağlamaq deyəndə ki, olur da. Uşaqların bəziləri oyunlara iynə ilə çıxırlar. Yəni, əlimizdə geniş heyət yoxdur.

- Yəqin ki, "İnter"in iynə-dərman almağa pulu var...

- Buna imkan var. Söz veriblər, gələn həftəyə kimi pullarımızı alacağıq.

- Bu ayın maaşını?

- Nə qədər qalıbsa, hamısını. İki-üç ay qalıb.

- "Səbail"in qələbəsini layiqli hesab edirsiniz?

- Məncə, pis oynamadıq, bizim də imkanlarımız oldu. Fasilədən sonra daha yaxşı oynayan tərəf biz idik. Qələbə münasibəti ilə "Səbail"i təbrik edirəm.

- Sizcə, komandaya nə motivasiya verə bilər?

- İnşallah, qışdan sonra transferlər olar. Bir oyunçu üçün daim oynamaq çox çətindir. Dəyişikliklə oynadıqca, futbolçular yaxşı formada qalacaq. Belə çox çətindir. Biri zədəli, biri xəstə oynayır.

- Komanda növbəti oyunlara "İnter" yox, "Keşlə" adı ilə çıxacaq. Bu barədə nə deyə bilərsiniz?

- "İnter" mənim üçün doğma komandadır. Artıq 5-ci ildir burdayam. İstəməzdik ki, "İnter" adını dəyişsin. Adlı-sanlı klubdur, Avropada da reytinqi var. "Zirə" və ya "Səbail" də yeni yarananda, insanlar uyğunlaşa bilmirdi. Amma indi "Zirə" deyəndə, hamı normal qəbul edir. İnşallah, hamı  "Keşlə"ni də qəbul edəcək.

- "İnter"in adını dəyişməsinə üzülürsünüz?


- Bəli, 5 il şərəfini qoruduğum "İnter"in adı tarixdən silincək. Bu baxımdan üzülürəm.

- Bu gün "İnter"in son oyununun olması sizə motivasiya vermirdi?

- Verirdi. Hər oyunda əlimizdən gələni edirik ki, "İnter"i yaşadaq. İndi keçəcəyik "Keşlə"yə.

- Yəqin ki, qışa qədər rəhbərlik komandadan heç nə istəmir...

- Hamımız qələbə qazanmaq istəyirik. Bu gün (dünən - red.) də pis oynamadıq. "Kəpəz"lə oyuna hazırlaşacağıq.

- Təcrübəli futbolçu olsan da, demək olar ki, start heyətində yer almırsan. Bu nə ilə bağlıdır?

- Bu, məşqçinin taktiki gedişi də ola bilər. Həm də "Neftçi" ilə görüşdən sonra neçə gündür məşq etmirdim.

Daha çox


Son xəbərlər