Çempionlar Liqasında həftənin ən yaxşısı oldu

Çempionlar Liqasında həftənin ən yaxşısı oldu
GÜNDƏM 15 Sentyabr 2017 / 15:00 3766
-  A +

Çempionlar Liqasının qrup mərhələsində həftənin ən yaxşı oyunçusu bəlli olub.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə,  azarkeşlər arasında keçirilən səsverməyə əsasən "Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah ən yaxşı oyunçu seçilib.

O, 51 faiz səs toplayıb. Salah “Barselona”nın hücumçusu Lionel Messini (20%) qabaqlayıb. “Real”ın futbolçusu Kriştianu Ronaldo isə 12 faiz səslə 3-cü olub.

Qeyd edək ki, misirli futbolçu "Sevilya" ilə oyunda (2:2) komandasının 2-ci qolunun müəllifi olub.

Daha çox


Son xəbərlər