AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə namizədlik broşürü hazırlanıb.
Qol.az-ın məlumatına görə, İK-yə 8 yer uğrunda mübarizə aparacaq 13 namizəd arasında yer alan E.Məmmədovun platforması açıqlanıb. Platformada AFFA-nın baş katibi özünün hədəflərini açıqlayıb.
Komitəyə seçki aprelin 5-də baş tutacaq. Yeni komitə üzvləri Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək UEFA-nın Konqresində seçiləcək.