Komandalar və hakimlər matça "Kəpəz"in forması ilə çıxdılar

Komandalar və hakimlər matça "Kəpəz"in forması ilə çıxdılar
XƏBƏR 18 Oktyabr 2020 / 16:20 2440
-  A +

Azərbaycan Premyer Liqasının 6-cı turunun son qarşılaşması- “Sumqayıt” – “Zirə” matçı üçün də xüsusi hazırlıq görülüb.
 
Qol.az xəbər verir ki, hazırda davam edən “Kapital Bank Arena”dakı oyuna hər iki komanda, həmçinin hakimlər briqadası Gəncənin “Kəpəz”in forması ilə çıxıb. Bu, erməni təxribatının qurbanı olan Gəncəyə dəstək xarakteri daşıyıb.
 
Bununla da terrorçu Ermənistanın raket bombalarından əziyyət çəkən ölkənin ikinci böyük şəhərinin klubuna dəstək nümayiş olunub.

Son xəbərlər