“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer komandasının mövsümə pis başlaması ilə bağlı edilən tənqidlərə münasibət bildirib.
Qol.az xəbər verir ki, 47 yaşlı mütəxəssis bütün məsuliyyəti öz üzərinə götürüb:
“Bütün diqqətlər mənə yönəlməlidir. Çünki mən baş məşqçiyəm, məsuliyyət daşıyıram. Oyunçu və ya nümayəndə kimi “Mançester Yunayted”in bir parçası olduğunuza alışırsınız və psixoloji cəhətdən güclü olmalısınız. Bu müddət mənim üçün oyunçulara nə qədər inandığımızı sübut etmək üçün bir fürsətdir. Qarşıdakı matça mümkün qədər çox diqqət yetirməlisiniz. Bu futbolçuların qalib gələ bildiyini və turnir cədvəlində yaxşı yeri tutmağı bacardığını bilirəm”.
Qeyd edək ki, “Mançester Yunayted” bu gün Premyer Liqada “Nyukasl Yunayted”in qonağı olacaq. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi