"Öncə hamını təbrik edirəm. Torpaqlarımız qayıtmağa başlayır. Füzüulinin alınması çətin uğur oldu. Əsgərlərimiz çox əziyyət çəkdilər. Allah Ordumuzu qorusun. Gəncədəki hadisə hamıya məlumdur. Allah ölənlərə rəhmət eləsin. Hamımız üzülürük".
Qol.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VI turunda evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, matç barədə çox danışmaq istəmədiyini bildirib: "Qalib gəldik. Ölkədəki duruma baxmayaraq komanda olaraq üzərimizə düşəni etməyə çalışırıq. Ölkəmizi layiqli təmsil etmək istəyirik. Oktyabrın 22-də oyuna hazırlaşırıq. Çətin qələbə qazandıq. Matçdan əvvəl futbolçulara bildirmişdim ki, "Qəbələ" elə-belə komanda deyil. Bu gün 2-ci məğlubiyyətini aldı. Futbolçularımı təbrik edirəm. Vacib 3 xal əldə etdik".
Cəbhədəki hadisələrə də toxunan təcrübəli baş məşqçi hər kəsin öz sahəsində fəal olmalı olduğunu vurğulayıb: "Ali Baş Komandan da bildirdi ki, hərənin öz vəzifəsi var. Bizim işimiz Ordumuza motivasiya verməkdir. Cəbhə bölgəsinə getməmişəm. Daha yaxşı gedəcəyik. Özümüzü, klubu elə idarə etməliyik ki, bizim də köməyimiz dəysin. Pandemiyaya qarşı yaxşı mübarizə aparmalıyıq ki, dövlətin fikrini yayındırmayaq. Hərənin üzərində bir vəzifə var. Ürəyim cəbhədədir. Sadəcə, arxa deyil, ön cəbhədə olmaq istəyirik".
Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində problem yaşamayacaqlarına ümid etdiyini deyib: "Sevindiricidir ki, qrupa düşdük. Əlimizdəki futbolçular sağlam olsa, problemimiz olmayacaq. Oyunçularıma güvənirəm. İnanıram ki, daha yaxşı nəticələr əldə edəcəyik".
Baş məşqçinin sözlərinə görə, ev ounlarının Bakıda keçirilməsi daha yaxşı olar: "Klub federasiya ilə əlaqədədir. Federasiyaya yazılı müraciət olub. Yeganə problem oyunun 21:00-da olmasıdır. Ən böyük arzumuz burada oynamaqdır. Hələ ki, "yox" cavabı yoxdur. Burada tək bizim fikrimiz bəs etməyəcək. UEFA-nın, digər qurumların da razılığı olmaldır".
Qurbanov I qrupunun ilk turunda qarşılaşacaqları İsrail "Makkabi"si (Tel-Əviv) ilə görüşdən də söz açıb: "Rəqib topla oynamağı sevəın komandadır. Nadir hallarda bu faiz aşağı olur. Ciddi hazırlaşmalıyıq".
Qurbanov 3 cəbhədə mübarizə aparmağın asan olmayacağını bildirib: "Bunu deməklə, özümü sığortalamış olacağam. Məşqçilərin bu məqamda işi çox çətin olur. Avrokuboklarda 5 əvəzetmə olacaq. Bu, bizim üçün üstünlükdür. Yüklənmə çox olduğundan futbolçularımız tez-tez zədələnirlər. Amma açığı, gənclərimizə çox güvənirəm. Qarşıdakı matçlarda onlardan daha çox istifadə edə bilərik. İlin əvvəlindən gəncləri əsas komandaya cəlb etmək fikrim var idi. Pandemiya hamıya olduğu kimi, bizə də təsir etdi. Düşünürəm ki, yaxşı olacaq. Mən problem olduğu anda onu yoluna qoymağı xoşlayıram".
Salah üzr istəyib
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video