"Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarının təşkilatçılığı sıfır səviyyəsində idi. Bu məsul yarışı "Bakı-2015" I Avropa Oyunları ilə müqayisə etmək mümkün deyil. Bütün komanda üzvlərimizə qarşı hakim haqsızlığı oldu".
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu fikirləri Azərbaycanı Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarında təmsil edən bayraqdarımız İlham Zəkiyev bu gün Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimində jurnalistlərə açıqlamasında bildirib.
İ.Zəkiyev "Rio-2016"dakı uğursuzluğuna belə izah verib:
"Uduzduğum özbək idmançıya paralimpiyaçı deməyə dilim gəlmir. Çünki o, 3 il əvvəl sağlam idmançıların mübarizəsində güləşirdi. Hətta onunla görüşdə belə mənə hakim haqsızlığı oldu. Bu, bürünc medal uğrunda qarşılaşmamda da baş verdi. Üstəlik, həmin görüşə çıxanda sağlamlığımda da problem yarandı. Qan təzyiqim 80-dən 50-yə düşmüşdü. Bir az da qızdırmam vardı. Həkimkər mənə bu görüşə çıxmağı qadağan etdilər. Hətta Bakıdan da zəng elədilər ki, bizə medal yox, sən lazımsan. Lakin rəqibim başqa şey fikirləşməsin deyə bürünc medal döyüşünə çıxdım".
Paralimpiyaçı dövlət başçısı tərəfindən "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunmasına da münasibət bildirib: "Bu mükafat Prezidentimizin idmançılara necə diqqət və qayğı göstərdiyinin bariz nümunəsidir. Bu addım məni ikiqat stimullaşdırdı. Hələ heç nə bitməyib. "Tokio-2020"də görüşərik".
Qeyd edək ki, Afina və Londonda keçirilən paralimpiadaların qalibi, Londonda isə bürünc mükafatçı olan təcrübəli cüdoçu Rio-de-Janeyrodan Vətənə medalsız dönüb.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi