Ramaldanov Gürcüstanda 2-ci qolunu vurdu

Ramaldanov Gürcüstanda 2-ci qolunu vurdu
XƏBƏR 22 Sentyabr 2016 / 14:27 4695
-  A +

Millimizin sabiq üzvü Rasim Ramaldanov Gürcüstanın "Kolxeti 1913” klubunun heyətində ikinci qolunu vurub. 

Qol.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi ölkə kubokunun II təsnifat mərhələsində   "Sioni” ilə  səfər oyununda fərqlənib.

Start heyətində meydana çıxan və sona qədər mübarizə aparan Ramaldanov 39-cu dəqiqədə hesabı açıb. Bu, oyunda yeganə qol olub. Bu qələbə sayəsində "Kolxeti 1913” növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, R.Ramaldanov Gürcüstanda ilk qolunu da məhz “Sioni”nin qapısına vurmuşdu.


Son xəbərlər
topaz banner