Tailand – Azərbaycan: hakimlər müəyyənləşdi

Tailand – Azərbaycan: hakimlər müəyyənləşdi
XƏBƏR 22 Sentyabr 2016 / 10:52 2225
-  A +

Futzal üzrə DÇ-2016-nın 1/8 final mərhələsində keçiriləcək Tailand - Azərbaycan oyununun hakimləri müəyyənləşib.

Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, görüşü ispaniyalı Fernando Qutyerres Lumbreras idarə edəcək. Oyunun ikinci hakimi çinli Jianqiao Liu, üçüncü referi Solomon adaları təmsilçisi Reks Kamusu olacaq.
 
Qeyd edək ki, Kolumbiyanın Medelyin şəhərində keçiriləcək Tailand – Azərbaycan oyunu bu gecə Bakı vaxtı ilə saat 02:30-da başlayacaq.


Son xəbərlər
topaz banner