Farer adaları millisinin baş məşqçisi təəssüflənir

Farer adaları millisinin baş məşqçisi təəssüflənir
XƏBƏR 6 Sentyabr 2016 / 22:56 3132
-  A +

“Bu qarşılaşmadan bir neçə gün əvvəl Rusiyaya böyük hesabla məğlub olmuşduq. Komandanı növbəti oyuna psixoloji baxımdan hazırlamaq asan deyildi. Üstəlik, yol yorğunluğu da vardı".
 
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bunu Farer adalarının 21 yaşlı futbolçulardan ibarət milli komandasının baş məşqçisi Bill Jacobsen deyib.

O, AÇ-2017-in seçmə mərhələsində U-21 millimizlə oyundan (1:1) sonra keçirilən mətbuat konfransında görüş haqda fikirlərini bildirib:

"Sevinirəm ki, bu gün belə oynaya bildik. Qarşılaşmanın sonlarına qədər 3 xal qazanmaq ümidimizi itirməmişdik. Təəssüf ki, üstünlüyümüzü qoruyub saxlaya bilmədik”.
 

Daha çox


Son xəbərlər
topaz banner