AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra brifinq keçirib. Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, assosiasiya başçısı jurnalistlərin suallarını cavablandırıb.
- Mətbuatda belə yazılıb ki, "Bakı"nın prezidenti Hafiz Məmmədovla təkbətək görüşünüz olub. Ancaq "Bakı" çempionatda çıxışını dayandırdı. Bununla bağlı fikriniz maraqlıdır...
- Hafiz müəllimlə görüşümüz olmayıb. "Bakı" Azərbaycan futbolunda böyük ənənəsi olub, böyük işlər görüb. Amma son vaxtlar FİFA qarşısında böyük maliyyə öhdəçilikləri yarandı. Nəticədə FİFA ötən mövsüm klubun 15 xalını sildi. İndi də xal silinmək prosesi davam edir. Klub bu öhdəçilikləri yerinə yetirmək, lisenziya almaq üçün sənədləri bu gün də verməyib. Bunu həll etsə belə, həmin sanksiya kluba yox, AFFA-ya qarşı da yönələ bilər. Çünki onlar bizdən də tələb edirlər ki, klub öhdəçiliyi yerinə yetirsin. Ona görə də "Bakı"nın çempionatda çıxışı hüququ cəhətdən baş tutmur.
- Bununla bağlı AFFA hər hansı güzəşt edə bilərmi?
- Yox. Heç bir güzəşt ola bilməz. "Bakı" çempionatda çıxış etsə, biz AFFA olaraq FİFA qarşısında məsuliyyət daşıyacağıq.
- Klubların sayının azalmasının Premyer Liqaya mənfi təsiri varmı?
- Olacaq. Klublarının, oyunun sayının azalması 2 vur 2 kimi bir şeydir. Ancaq ayrı bir yolumuz yoxdur. Bu il qəraq qəbul etdik ki, cari mövsümə 8 komandayla başlayacaq, gələn il doğru-düzgün 10 komanda olsun.
- Futzal yığmamızın üzvləri ilə görüşdüyünüzü bildirdiniz. Bu milli komandanın baş məşqçisi də bildirib ki ki, az oyun keçiriblər. O, bu istəyini sizinlə görüşdə dilə gətirdimi?
- Gecdir artıq. Bir neçə gündən sonra dünya çempoinatının final mərhələsinə yollanırlar. Gərək özlərini Kolumbiya vaxtına kökləsinlər. Bu gündən artıq özlərini Kolumbiya vaxtında yatıb dursunlar ki, buna adaptasiya olsunlar.
- Siz bu ölkəyə final mərhələsinə yollanacaqsınız?
- Yox.
- Millimizin qarşıda San-Marino yığması ilə səfərdə rəsmi oyunu var...
- Millimizə uğurlar dilədik. Biz onlara xeyir-dua verdik. Rəqiblərin hamısı çətindir. Biz onlara qələbə arzuladıq. Çalışmalıdırlar ki, yeni seçmə mərhələyə qələbə ilə başlasınlar. Futbolda asan rəqib olmur.
- Seçmə mərhələnin startı öncəsi qarşıya bir hədəf qoyulubmu?
- Hədəf həmişə var. Əsas hədəfimiz Avro-2020-dir. Yəqin ki, vurduğumuz şüarı gördünüzü - Niyə də yox?. Uşaqlar özləri düşünmüşdülər. Bu, gözəl şüardır ki, başlanğıcda maksimum irəli gedək. Onlar öz qarşılarında öhdəçilik götürüblər ki, startda uğur qazanaq və niyə də DÇ-2018-də final mərhələsində iştirak etməyək?
- Vaxtilə klublarda Müşahidə Şurasının yaradılmasının vacibliyini qeyd etmişdiniz. Ancaq son proseslər göstəri ki, bu qurum yaradılmayan klublar irəli gedilər. Məsələn, "Qarabağ" "Qəbələ" yenidən Avropa Liqasının qrupuna düşdülər. Düşünmürsünüz ki, Müşahidə Şurasının yaradılması uğursuz layihədir? Məhz bu şura yaradılandan sonra klublar uçuruma doğru gedirlər?
- Yox, biz düşünmürük. Müşahidə Şurası pis oyuna dəlalət etmir. Bu, quruluşdur, şəffaflıq deməkdir. Bu, ayrı şeydir, o ayrı şey. Bunu bir-birinə qarışdırmayın. Mən klubların daxili işi haqda deməyə ixtiyarım yoxdur. Heç vaxt baş məşqçinin bir uğursuzluğa görə istefaya göndərməyin tərəfdarı o
olmamışam. O vaxt "Neftçi"nin prezidenti olduğum zamanı baş məşqçi Qurban Qurbanovu 1-2 oyun uduzanda istefaya səslədilər. Həmin adamlaar dedim ki, Qurban 200 oyunda da uduzsa dsa, biz onu istefaya göndrəməyəcik. Kimsə bunu hazırlayırdı. Mən onlara dedim ki, gedin, nə edirsiniz edin, mən Qurbanovu buraxmayacağam. Onlar da sitefa qışqırmağı tərgizdilər. Məşqçiyə özünü göstərmək üçün vaxt verilməlidir. Məşqçi dəyişikliyi heç vaxt yaxşı nəticə vermir.
- Bəlkə rəhbərlik dəyişməlidir?
- O da ola bilər. Əsas məşqçidir. "Neftçi"də bir rəhbər yoxdur, rəhbərlikdə bir neçə nəfər yer alıb. Onlar baş məşqçini seçilər və sonra onun işinə qarışmırlar. Məndə olan məlumata görə belədir.
- Sizin "Neftçi"dəki dövrdə azarkeş ordusu ilə indi klubun stadionda bir nəfər azarkeşinin olmamağı arasında böyük fərq var....
- Azərbaycanda azarkeş problemi var. Neçə ildir futboldayam, azarkeşlərin stadiona gəlməsi minimal səviyyədədir. Mənim vaxtımda da da belə idi. Bir az qələbə olanda, xarici matçlar olanda gəlirlər. İngiltərə, Avropaya baxırıq, 40 minlik stadionu doldururlar. Biz 60-70 minlik Olimpiya Stadionu tikmişik. "Neftçi" 11 minlik "Bakcell Arena"nı doldura bilmir. Azarkeş gəlmir də, həvəs yoxdur, nədəndir bilmirəm. Menecmenti düz qurmuruq. İnsanları stadiona cəlb etmək lazımdır. Bunun üçün gecə-gündüz çalışmalıdırlar.
- Xaricdə Müşahidə Şurasının üzvləri pul qoyuluşu edirlər. Ancaq "Neftçi"də Müşahidə Şurasının üzvləri dövlətdən alınan pulu xərcləyirlər. Düşünmürsünüz ki, burada hər hansı uyğunsuzluq var?
- Yox. SOCAR-ın vitse-prezidenti Xoşbəxt müəllim "Neftçi"nin azarkeşidir, Ağsaqqal Şurasının sədridir. O, onları gecə-gündüz "presləyir", narahat olmayın (gülür).
- Çimərlik yığması tarixində ilk dəfə Super Liqaya qazandı. Ancaq Azərbaycanda çimərlik futbolu çempionatı yoxdur. Bu haqda düşünmürsünüz?
- Biz hələ ki bu haqda düşünməmişik. Çimərlik futbolu üçün stadion düzəltməliyik. Mən Braziliyada getdim, gördüm ki, hamı çimərlikdə futbol, voleybol oynayır. Baxırsan ki, hər yerdə oynayırlar. Ancaq bizdə çimərlikdə voleybol oynayan yoxdur.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər