“Püşkdə bəxtimizə düşən rəqiblər nüfuzlu və güclü klublardı”. Bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “qırmızı-qaralar” burada “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa) və “Maynts”la (Almaniya) üz-üzə gələcək.
Qrupu dəyərləndirən Qriqorçuk bu komandalarla oynamağın onlar üçün maraqlı olduğunu söyləyib. Ukraynalı mütəxəssis güclü rəqiblərə qarşı layiqli futbol nümayiş etdirməyə çalışacaqlarını söyləyib.
Qriqorçuk Avroliqadakı digər təmsilçimiz “Qarabağ”ın əvvəllər “Sent-Etyen” və “Anderlext”lə bir qrupa düşməsinin onlar üçün bir əhəmiyyət kəsb etmədiyini bildirib: “Qarabağ”ın “Sent-Etyen” və “Anderlext”lə oyunları keçmişdə qalıb. Bunun bizə heç bir bağlılığı yoxdu. Həmin görüşlərdən çox vaxt keçib. Bu müddətdə xeyli şey dəyişə bilər. Bu barədə danışmaqda heç bir məntiq görmürəm”.
51 yaşlı mütəxəssis qrup mərhələsində qarşılarına hər hansı bir hədəf qoymadıqlarını əlavə edib: “Qrupda qarşımıza hansısa vəzifənin qoyulmasından danışa bilmərəm. Qrup haqda yox, yalnız qarşıdakı oyun haqda düşünürəm. Çünki bu, dekabra qədər olan vaxtı əhatə edəcək. Bu qədər zamanı indidən fikirləşməyə ehtiyac yoxdu. Biz addım-addım irəliləmək prinsipi ilə yaşayırıq. Yalnız qarşıdakı oyun üçün hədəf müəyyənləşdiririk. Bundan sonra da belə olacaq. Bizim üçün qarşıdakı görüş daha vacibdi. Həmin matçda qalib gəlməyi özümüzə məqsəd qoyuruq və bunun üçün mübarizə aparırıq. Yəni oyunları tək-tək dəyərləndirəcəyik. Qrup mərhələsində də belə olacaq və ilk görüşü düşünəcəyik. Həmin oyunda rəqibin kim olmasının heç bir fərqi yoxdu. Evdə və ya səfərdə çıxış etməyimiz də burda heç bir rol oynamır”.
Qriqorçuk sonda “transfer pəncərəsi” bağlanana qədər heyəti gücləndirəcəklərini də istisna etməyib: “Transfer məsələsində çalışmalarımız davam edir. Bu elə də asan deyil. Amma çalışacağıq ki, nəsə edək” (apasport.az).
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video