"Medal qazanacağıma inanırdım, bunu hiss edirdim. Mübarizə çox yaxşı alındı. İstənilən olimpiya böyük xoşbəxtlik olduğundan çox şadam".
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu "Rio-2016" Yay Olimpiya Oyunlarında 53 kq çəki dərəcəsində qadın güləşində bürünc medal qazanan Azərbaycan idmançısı Nataliya Sinişin deyib.
Onun sözlərinə görə, yarışda ilk görüşü ağır keçib:
"Yarışlar məşqlərdən fərqlənir. Həmişə ilk görüşdə qalib gəlməyə, sonradan güclülərlə görüşməyə çalışırsan. Amma elə alındı ki, ilk rəqibim güclü oldu. Yenə də özümü zəif saymıram. Nəticədən razıyam".
Qadın güləşçi qazandığı medalı atası və qızına həsr etdiyini açıqlayıb:
"Atam hər zaman yarışlarda məni müşayiət edərək dəstəkləyərdi. Artıq üç ildir dünyasını dəyişib. Bu medalı ona həsr edirəm. Əgər yaşasaydı, mənimlə fəxr edərdi. Bir də qazandığım medalı qızıma həsr edirəm. Mənə görə həyəcan keçirir, indi də məni evdə gözləyir. Balaca olsa da, məni dəstəkləyir".
N.Sinişin həmçinin qızının bu idman növü ilə məşğul olmasını istəmədiyini də sözlərinə əlavə edib. "Sadəcə, uşağımın ağır idman növü ilə məşğul olmasını istəmirəm. İnkişaf üçün gimnastika, üzgüçülük var. Amma peşəkar səviyyədə qətiyyən", - deyə o vurğulayıb.
Eyni zamanda, idmançımız Azərbaycan Güləş Federasiyasına, məşqçilərə, uzun illər onunla yanaşı işləyən şəxsi məşqçisinə - həyat yoldaşına və azərbaycanlı azarkeşlərinə təşəkkür edib.
"Sənə azarkeşlik edirlərsə, onları məyus etməməyə çalışırsan. Döşəməyə çıxanda sənə inanları məyus etməməyi, qalib gəlməyi düşünürsən".
N.Sinişin əvvəldən qələbəyə kökləndiyini qeyd edib: "Medal qazanacağımı hiss edirdim. Buna heç şübhə də etmirdim. Başqa cür düşünə də bilməzdim. Bürünc medal qazandıqdan sonra Azərbaycan bayrağı ilə döşəkdə dövrə vurmaq istədim. Amma azarkeşlərimiz yuxarıda əyləşdiyindən və bizi mükafatlandırma üçün tələsdirdiklərindən istəyim alınmadı. Amma həqiqətən ölkəyə, məni dəstəkləyən azarkeşlərə təşəkkür etmək istəyirdim".
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu
Braziliya klubunun avtobusunda 86,5 kq marixuana aşkarlandı
"Şəfa" braziliyalı hücumçu transfer etdi
"Real"ın çəhrayı formaları - Şəkillər
“Roma” Argentina millisinin üzvünü transfer etdi
Rulli “Mançester Siti”yə qayıtdı
"Yavaş-yavaş səbrim tükənir" - Qurban Qurbanov
“Sabah”ın pley-off oyunu “Tofiq Bəhramov”da
"Çelsi"də yeni müdafiəçi - Rəsmi
“Arzularımızın çoxu puç oldu”
"Şəfa"dan daha 4 transfer
"Oyunumuz çox bərbad idi" - "Orhus"un futbolçusu
Luis Enrike: "İndi hamı bizi favorit hesab edir"
Bu qələbə ilə "Sabah"a rəqib oldular - Video
"Qarabağ"la oyuna "Tərəkəmə"nin sədası ilə gəldilər - Video
Argentina millisinin üzvü "Bayer"də
Aleksis Sançesin transferi açıqlandı
“Sabah”ın potensial rəqiblərinin oyununda qalmaqal - Video
“Turan Tovuz”dan yenilik
"Sabah"ı pley-offa aparan qollar - Video
Çempionlar Liqasında "pley-off"çular müəyyənləşdi
KL-də 2 komanda mərhələ adladı
Avroliqada cavab oyunları başladı