“Srvena Zvezda”nın baş məşqçisi Deyan Stankoviç UEFA Çempionlar Liqasının oyununda qırmızı vərəqə alıb və komandanın azarkeşləri ilə mübahisə edib.
QOL.az xəbər verir ki, hadisə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Hapoel Beer-Şeva” (İsrail) ilə cavab görüşündə baş verib. Serbiya təmsilçisi matçda 0:2 hesabı ilə uduzub. İlk görüşdə də “Srvena Zvezda” 0:1 hesabı ilə məğlub olmuşdu.
57-ci dəqiqədə baş hakim Qlenn Nüberg “Srvena Zvezda”nın lehinə penalti təyin etməyib. Hakimin qərarına sərt etiraz edən 47 yaşlı Stankoviç onunla mübahisəyə girib. İsveçli referi buna görə mütəxəssisə qırmızı vərəqə göstərib.
Meydandan kənarlaşdırıldıqdan sonra Stankoviç tüpürüb, söyüş söyərək tribunaların altındakı hissəyə yollanıb. Azarkeşlər baş məşqçini fitə basmağa başlayıblar. Serbiyalı mütəxəssis isə onlara jestlərlə cavab verib. O, əlini yelləyərək daha yüksək səslə fit çalmağa çağırıb, daha sonra əlini qulağına apararaq onları eşitmədiyini göstərib.
61-ci dəqiqədə İsrail təmsilçisi qol vurub. Bundan sonra “Srvena Zvezda” azarkeşləri “Rəhbərlik, istefa!” şüarı səsləndiriblər.
Qeyd edək ki, “Hapoel Beer-Şeva” ÇL-in pley-off mərhələsində “Sabah”a rəqib olub.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu