"Hələ də inana bilmirəm. Elə bilirəm ki, yuxudayam".
Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında Azərbaycan boksçusu Kamran Şahsuvarlı 75 kq. çəki dərəcəsində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalını təmin etdiyi 1/4 final görüşündən sonra deyib.
Gənc idmançı bildirib ki, qazaxıstanlı rəqibi Janıbek Alimxanulı ilə döyüşə çıxmamışdan öncə çox həyəcanlı olub:
"Məni o qədər fikir götürmüşdü ki, onunla necə vuruşacağımı bilmirdim. Amma ilk raundda rəqibi əks-hücumlarda yaxaladım. 3 zərbə endirməli idim. Bunun öhdəsindən gəlməyə çalışdım. Alimxanulı ilə Qazaxıstanda yaşadığım vaxt gənclər arasında dünya çempionatında qarşılaşmış və uduzmuşdum. Bu görüşdə həmin məğlubiyyətin əvəzini çıxdım, bütün Azərbaycan xalqını, valideynlərimi sevindirdim".
Yarımfinaladək irəliləməsindən məmnun olduğunu deyən Şahsuvarlı bildirib ki, olimpiya çempionluğu qazanmaq hər bir insanın arzusudur. Bu səbəbdən, gənc idmançı Rio-de-Janeyro rinqində sonadək vuruşacağını açıqlayıb:
"Qazaxıstanlı boksçu ilə döyüşün qalibinin olimpiya çempionu olacağına dair fikirlərə münasibət bildirməyim çətin olar. Lakin özümə inam var".
Sonda Şahsuvarlı təmsil etdiyi "Qəbələ" klubuna, orada çalışan 3 məşqçisinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Kamran Şahsuvarlı yarımfinalda kubalı Arlen Lopeslə qarşılaşacaq. Avqustun 18-də keçiriləcək görüş saat 22:00-da başlanacaq.
"Araz-Naxçıvan"a qayıtdı
Enrike Fergüsona çatdı
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu
Braziliya klubunun avtobusunda 86,5 kq marixuana aşkarlandı
"Şəfa" braziliyalı hücumçu transfer etdi
"Real"ın çəhrayı formaları - Şəkillər
“Roma” Argentina millisinin üzvünü transfer etdi
Rulli “Mançester Siti”yə qayıtdı
"Yavaş-yavaş səbrim tükənir" - Qurban Qurbanov
“Sabah”ın pley-off oyunu “Tofiq Bəhramov”da
"Çelsi"də yeni müdafiəçi - Rəsmi
“Arzularımızın çoxu puç oldu”
"Şəfa"dan daha 4 transfer
"Oyunumuz çox bərbad idi" - "Orhus"un futbolçusu
Luis Enrike: "İndi hamı bizi favorit hesab edir"
Bu qələbə ilə "Sabah"a rəqib oldular - Video
"Qarabağ"la oyuna "Tərəkəmə"nin sədası ilə gəldilər - Video