“Bu heç-heçə bizim üçün tarixi nəticədi” – Qriqorçuk

“Bu heç-heçə bizim üçün tarixi nəticədi” – Qriqorçuk
ÖLKƏ FUTBOLU 29 İyul 2016 / 00:05 9746
-  A +

“Lilldəki bu heç-heçəni Cavid Hüseynova həsr edirik. Bu heç-heçə bizim üçün tarixi nəticədi".

Qol.az-ın Fransaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının III təsnifat mərhələsində “Lill”lə oyundan (1:1) sonra keçirdiyi mətbuat konfransında deyib.
 
Ukraynalı mütəxəssis qarşılaşma haqda bunları bildirib:"Biz özümüzə inanırıq. Bizdən asılı olan hər şeyi edəcəyik. Başa düşürük ki, bir həftəyə oyun planında artıra bilərik. “Borussiya” və “Krasnodar”a uduzduğumuz vaxtla müqayisədə daha çox təcrübəmiz var. Amma “Lill” yüksək səviyyəli futbolçulardan təşkil olunub. Onların da yüksək sürəti var. Belə tempə qarşı ya eyni futbol oynamalısan, ya da taktika işlətməlisən. Çünki rəqib çox güclü “silah”a malikdi”.
 

Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner