Neymar: "Ronaldo "Qızıl top"u qazanmağa layiqdir"

Neymar: "Ronaldo "Qızıl top"u qazanmağa layiqdir"
XƏBƏR 16 İyul 2016 / 16:25 8115
-  A +

"Barselona"nın futbolçusu Neymar maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.az-ın məlumatına görə, Braziliya mətbuatına danışan Neymar "Real"ın forvardı Kriştiano Ronaldonun bu mövsüm "Qızıl top" mükafatını qazanmağa layiq olduğunu bildirib:

"Qızıl top" mükafatını qazanmaq mənim hədəfimdir. Ancaq bu il də onu qazana bilməyəcəm. Bu mükafat sənin işinin bəhrəsidir. Sonda özü sənə doğru gələcək. Ronaldo bu il həm "Real"da, həm də Portuqaliya millisində çempionluğu bayram etdi. Buna görə də o, "Qızıl top"u almağa layiqdir".


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner