"Borussiya" Qötze ilə razılığa gəldi

"Borussiya" Qötze ilə razılığa gəldi
XƏBƏR 15 İyul 2016 / 13:28 5100
-  A +

"Bavariya"nın futbolçusu Mario Qötze yenidən sabiq klubu "Borussiya"ya qayıtmağa yaxındır.

Qol.az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisi artıq alman futbolçu ilə razılığa gəlib.

24 yaşlı futbolçunun transfer qiymətində də razılıq əldə olunsa, Qötze yeni mövsümdən "Borussiya"da oynayacaq. Dortmund təmsilçisi bu keçid üçün "Bavariya"ya 23 milyon avro ödəməyə hazırdır. Lakin Münhen klubu Qötze üçün 27 milyon avro tələb edir.

Qeyd edək ki, 2013-cü ildə "Borussiya"dan "Bavariya"ya transfer olunan Qötze keçirdiyi 73 oyunda 22 qol vurub.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner