Bu gün "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin yubileyidir.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, məşqçinin 50 yaşı tamam olur.
Klubun saytı yubileyi ilə bağlı çalışdırıcıdan müsahibə götürüb.
- Təbrikə görə sağ olun. Moldovada dediyim kimi, yubileyim üçün mənə ən böyük hədiyyəni mərhələ keçən futbolçularım verdi. Mən onlarla fəxr edirəm. Bir ildir ki, bu oyunçularla işləyirəm, birlikdə külüng döyürük. Onlarla birlikdə bütün çətinliklərin öhdəsindən gələ bilmişik. 50 illiyim ərəfəsində futbolçular arzu elədiyimi həyata keçirdilər. Çox sevindim. Bu qələbə məndən çox Azərbaycan futboluna, Gəncə azarkeşlərinə qazandırdı. Əhəmiyyətli uğur oldu. Ölkəmizin reytinq hesabına xallar yazdıq, fanatlarımıza sevinc bəxş etdik. Azarkeşlər bizə inanırlar, dəstək olurlar. Biz də onlara arxalanaraq oynayırıq. Komandamızla öyünməyə dəyər. Rəhbərliyə təşəkkür edirəm. Ümumiyyətlə, bu qələbədə hamının payı var. Rəhbərlik bizə inandı, sona kimi arxamızda durdu. Hər şey asan əldə olunanda yadda qalmır, çətinliklə qazanılan şey sanki daha şirin olur. Mənə elə gəlir ki, mərhələ keçməyimiz futbolçuların uğurudur və bu qalibiyyət mənim üçün ən böyük hədiyyədir. Futbolla nəfəs alıram, sevincim də, kədərim də futbolla bağlıdır. Ona görə bundan gözəl hədiyyə ola bilməzdi.
- Bəs oynadığınız dövrdə hansı oyun sizin üçün yadda qalan olub?
- Xatırlanası çox şey var. Məşqçi karyeramda millidə və “Qarabağ”da qazandığım qələbələr var. Zəngin futbolçu karyeram olub və fəxr edirəm ki, belə həyat yaşamışam. Nəinki Azərbaycanda, Moldovada, Rusiyada və İsraildə çıxış etmişəm. Bu ölkələrdə keçirdiyim illər unudulmazdır. Legioner kimi baxımlı qollarım, uğurlu oyunlarım olub. Ən yadda qalan qolum uşaqlıq dövrünə aiddir. 8-ci mikrarayonda keçirilən Bakı birinciliyində təxminən 35 metrdən sol ayaqla “doqquzluğ”a vurduğum qol nədənsə xatirəmdə daha çox iz buraxıb. İsraildə yaxşı qollarım olub. Bu yaxınlarda həmin ölkədə vurulmuş ən yaxşı qollar silsiləsindən izlədiyim videoda mənim iki məhsuldar zərbəm yer almışdı. Bu da məni sevindirir. Bunlar tarixdir. “Terek”də, Anatoli Banişevskinin rəhbərliyi altında “Avtomobilçi”də və eləcə də “Kəpəz”də oynadığım illər unudulmazdır. Futbolçu karyeramdan narazı olmamışam. Futbola minnətdaram, bu idman növünün mənə verdikləri mənim ona verdiklərim çox olub. Məşqçilik həyatım enişli-yoxuşlu olub. Amma hər yerdə vicdanla işləməyə çalışmışam. Bu 50 ildə səhvlərim də çox olub. Bunsuz yaşamaq, işləmək mümkün deyil. Yalnız ölülər səhv etmir. Hərəkətdə olan insan mütləq səhv etməlidir. Əsas odur ki, oynayanda da, işləyəndə də heç kimin haqqına girməmişəm. Elə həyatda da beləyəm.
- Oğlunuzun məşqçisiniz. Nə vaxtsa nəvənizi də çalışdıra biləcəyinizi düşünmüsüz?
- (Bir az fikirləşir) Maraqlı və ürəyimə dəyən sual oldu. Nəslin davamçılarının futbol oynaması böyük xoşbəxtçilik olar. Düzdür, oğlumun məşqçisiyəm. Amma aramızdakı münasibət ata-oğul yox, məşqçi-futbolçu kimidir. Ona qarşı doğma insan deyil, məşqçi kimi davranmışam. Əgər futbolçunun bacarığı varsa, komandaya kömək edirsə, onun arxasındayam. Qismət olarsa, məşqçi işimi davam etdirərəmsə və nəvəm də futbolçu olarsa, onunla işləmək çox maraqlı olar.
- Səfərlə bağlı işlər çox olduğundan vaxtınız az olacaq. Amma bilmək maraqlı olardı, yubileyiniz geniş çevrədə qeyd olunacaq?
- Hazırda mənim yubileyimdən də çox vacib ümumi işlərimiz var. Odur ki, doğum günüm kiçik əhatədə qeyd olunacaq. Heç özüm də belə şeyləri böyük təmtəraqla qeyd etməyi sevmirəm. Əslində yanımda görmək istədiyim adamlar çoxdur. Amma vaxt, imkan yoxdu. Telefonla edilən təbriklər də bəs edər. Həm ölkə daxilindən, həm də ölkə xaricindən zənglər alıram. Diqqət edən varsa, deməli, xoşbəxtəm. Hamıya minnətdarlığımı bildirirəm. Bu xoş günümdə məni unutmadıqlarına görə təşəkkür edirəm.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi
Ardıcıl ikinci dəfə matçın ən yaxşısı seçildi
Şotlandiya - Mərakeş: Heyətlər açıqlandı
ABŞ millisi ardıcıl ikinci qələbə ilə "pley-off"da
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı