AZAL-ın qapıçısı Yunanıstan klubunda

AZAL-ın qapıçısı Yunanıstan klubunda
XƏBƏR 12 İyul 2016 / 01:38 7023
-  A +

AZAL-ın qapıçısı Stanislav Namaşko karyerasını Yunanıstanın "Levadiakos" klubunda davam etdirəcək.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, moldovalı qolkiper superliqa təmsilçisi ilə iki illik müqavilə imzalayıb.

Daha öncə "Tiraspol", "Şerif", "Kuban" və "Spartak" (Nalçik) kimi klublarda çıxış edən Namaşko 2014-cü ildən AZAL-ın çərçivəsini qoruyurdu. O, "təyyarəçilər"in heyətində 54 oyun keçirib.

Qeyd edək ki, "Levadiakos" ötən mövsüm Yunanıstan superliqasını 10-cu pillədə başa vurub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner