"Barselona" müdafiəçisi ilə yollarını ayırır

"Barselona" müdafiəçisi ilə yollarını ayırır
XƏBƏR 3 İyul 2016 / 15:38 10646
-  A +

"Barselona"nın müdafiəçisi Adriano yaxın günlərdə komandadan ayrılacaq.

Qol.az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi braziliyalı futbolçu ilə yollarını ayırmağa hazırdır.

31 yaşlı futbolçu ilə "Latsio" klubu yaxından maraqlanır. "Barselona" Adriano üçün İtaliya klubundan 1,5 milyon avro tələb edir.

Qeyd edək ki, 2010-cu ildən "Barselona"da çıxış edən Adriano keçirdiyi 115 oyunda 9 qol vurub.


Son xəbərlər
topaz banner