UEFA Xorvatiya milli komandası barədə intizam işi açıb.
Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna xorvatiyalı azarkeşlərin "Avro-2016"da Çexiya ilə görüşdəki qaydalara zidd hərəkətləri səbəb olub.
Matçın 86-cı dəqiqəsində xorvat azarkeşlər meydana pirotexniki vasitələr atıblar. Bundan sonra görüşün ingiltərəli baş hakimi Mark Klattenburq oyunu bir müddət dayandırmalı olub.
Daha sonra tribunada xorvatiyalı azarkeşlər arasında dava düşüb. Lakin Fransa jandarmasının müdaxiləsindən sonra ara sakitləşib və oyun bərpa olunub.
Qeyd edək ki, Çexiya - Xorvatiya oyunu 2:2 hesabı ilə başa çatıb.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri