Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının 6 üzvü 2015-ci ilin noyabrında ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb. Bu barədə qərarı Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qəbul edib.
Qurumun saytında açıqlanan cəzalara əsasən, Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. O, 2019-cu ilin dekabrınadək bütün yarışlardan kənarlaşdırılıb. İlk "5-liy"in uzunmüddətli cəzası onların 2013-cü il Avropa çempionatında da, yəni artıq ikinci dəfə dopinqli çıxmaları səbəbindən verilib. Dadaşbəyli isə ilk dəfə "ilişdiyi" üçün daha az müddətə cəza alıb.
Əliquluzadə, Quliyev və Xristovdan yalnız istifadəsi qadağan olunmuş nandrolon aşkarlanıb. Angelova və Zairovdan nandrolondan əlavə, dehidroxlorometiltestosteron, Dadaşbəylidən isə nandrolonla yanaşı, boldenon aşkarlanıb.
Qeyd edək ki, 2015-ci il dünya çempionatında Valentin Xristov 62 kq çəki dərəcəsində bürünc medal qazanmışdı. IWF-nin bu qərarından sonra Xristovun bürünc medalı əlindən alınıb. Silviya Angelova 48 kq, Firudin Quliyev 69 kq, Elxan Əliquluzadə 77 kq, İntiqam Zairov 94 kq, Dadaş Dadaşbəyli 105 kq çəki dərəcəsində mübarizə aparıb. Ötənilki mundialın nəticələrinə əsasən, Azərbaycana ağırlıqqaldırma növündə 4 lisenziya verilib. Hələlik həmin lisenziyaların ölkəmizdən alınıb-alınmayacağı barədə məlumat verilmir (Sportnet.az).
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı