Di Mariya üçün Amerika kuboku erkən bitdi

Di Mariya üçün Amerika kuboku erkən bitdi
DÜNYA FUTBOLU 11 İyun 2016 / 11:35 5030
-  A +

Argentina millisinin futbolçusu Anxel di Mariya zədələnib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Amerika kubokunun D qrupunda bu gün keçirilən Panamaya qarşı oyunun (5:0) 43-cü dəqiqəsində əzələsini dartıb və məcburi əvəzlənib.

Di Mariyanın 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, 28 yaşlı yarımmüdafiəçi Amerika kubokunun digər oyunlarını buraxacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner