Dünyanın məşhur idman portallarından olan "goal.com" saytı Avropa çempionatları tarixinin ən çox qol vuran futbolçularının siyahısını dərc edib.
Qol.az-ın məlumatına görə, siyahıda müxtəlif illərdə Avropa çempionatlarında çıxış etmiş 15 futbolçu yer alıb.
İlk pillədə Fransa millisinin canlı əfsanəsi Mişel Platini qərarlaşıb. O, 1984-cü ildə təşkil olunan turnirdə keçirdiyi 5 oyunda 9 qol vuraraq Avropa çempionatlarının ən məhsuldar futbolçusunu adını qazanıb. İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer 7 qolla ikinci, Hollandiya yığmasının keçmiş forvardı Rud van Nistelroy isə üçüncü olub.
Sabah isə növbəti Avropa çempionatının final mərhələsi start götürəcək. Fransada təşkil olunacaq turnir Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo, İngiltərə millisinin forvardı Ueyn Runi və İsveçin ulduz futbolçusu Zlatan İbrahimoviç üçün xüsusi önəm daşıyacaq. Ronaldo və İbrahimoviç turnir ərzində 4, Runi isə 5 qol vuracağı təqdirdə Platinini geridə qoyacaq.
Siyahıda yer alan İspaniya millisinin hücumçusu Fernando Torresin də Platinini keçmək şansı ola bilərdi. Lakin "Atletiko"nun forvardı yığmasının "Avro-2016"da oynayacaq heyətinə çağırılmayıb.
1. Mişel Platini (Fransa) - 1984-cü il Avropa çempionatında keçirdiyi 5 oyunda 9 qol vurub.
2. Alan Şirer (İngiltərə) - 1992, 1996, 2000-ci illər Avropa çempionatında keçirdiyi 9 oyunda 7 qol vurub.
3. Rud van Nistelroy (Hollandiya) - 2004, 2008-ci illər Avropa çempionatında keçirdiyi 8 oyunda 6 qol vurub.
4. Patrik Klüyvert (Hollandiya) 1996, 2000-ci illər Avropa çempionatında keçirdiyi 9 oyunda 6 qol vurub.
5. Zlatan İbrahimoviç (İsveç) - 2004, 2008, 2012-ci illər Avropa çempionatında keçirdiyi 10 oyunda 6 qol vurub.
6. Tyeri Anri (Fransa) - 2000, 2004, 2008-ci illər Avropa çempionatında keçirdiyi 11 oyunda 6 qol vurub.
7. Kriştiano Ronaldo (Portuqaliya) - 2004, 2008, 2012-ci illər Avropa çempionatında keçirdiyi 14 oyunda 6 qol vurub.
8. Nuno Qomeş (Portuqaliya) - 2000, 2004, 2008-ci illər Avropa çempionatında keçirdiyi 14 oyunda 6 qol vurub.
9. Savo Miloşeviç (keçmiş Yuqoslaviya) - 2000-ci il Avropa çempionatında keçirdiyi 4 oyunda 5 qol vurub.
10. Ueyn Runi (İngiltərə) - 2004, 2012-ci illər Avropa çempionatında keçirdiyi 6 oyunda 5 qol vurub.
11. Marko van Basten (Hollandiya) - 1988, 1992-ci illər Avropa çempionatında keçirdiyi 9 oyunda 5 qol vurub.
12. Milan Baroş (Çexiya) - 2004, 2008, 2012-ci illər Avropa çempionatında keçirdiyi 11 oyunda 5 qol vurub.
13. Yurgen Klinsman (Almaniya) - 1988, 1992, 1996-cı illər Avropa çempionatında keçirdiyi 13 oyunda 5 qol vurub.
14. Fernando Torres (İspaniya) - 2004, 2008, 2012-ci illər Avropa çempionatında keçirdiyi 13 oyunda 5 qol vurub.
15. Zinəddin Zidan (Fransa) - 1996, 2000, 2004-cü illər Avropa çempionatında keçirdiyi 14 oyunda 5 qol vurub.
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi
"Üzərimizdə böyük məsuliyyət var" - Valdas Dambrauskas
Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər
Musiala əməliyyat olundu
Felipe Luisin təyinatı açıqlandı - Rəsmi
15 gün əvvəl müqaviləni yenilədiyi "Qəbələ"dən ayrıldı
“Zirə”nin rəqibindən transfer
“Kamilo Duranın transfer danışıqlarında irəliləyiş var”
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Premyer Liqa klubunda yeni baş məşqçi
“Tottenhem” tarixinin ən bahalı transferi oldu
“Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır
TNS-in baş məşqçisindən "Sabah" haqda - Açıqlama
Norveç şahzadəsi Haalandla görüşdü
Belçika Futbol Assosiasiyası FİFA-nın qərarından şoka düşüb
Azərbaycandan getdi, Tayland klubuna keçdi
"Futboldan başı çıxmayan iki adam..." - Kloppdan sərt sözlər
Keyn mundiallar tarixinə belə düşdü
Seneqal millisinin liderləri arasında münaqişə
Azərbaycan klublarının avrokuboklar mövsümü başlayır
İngiltərə millisinin futbolçusu qələbə sevincində zədələndi
Bellinqem "ən yaxşı" seçildi
Bombardirlik yarışında “amansız mübarizə”
“Vikinq gəmisi” dayanmır! - Video
DÇ-2026: 1/4 finalın ilk iki cütü müəyyənləşib
Haaland matçın ən yaxşısı seçildi